Analitika

Şuşa Qlobal Media forumu

Ermənistan üzərindəki tarixi Qələbədən sonra ölkəmizin nüfuzu daha da yüksəlib, işğaldan azad edilmiş ərazilər, xüsusilə Şuşa şəhəri mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsi məkanına çevrilib. Bir neçə gün əvvəl Azərbaycanın mədəniyyət mərkəzi yenidən dünya ictimaiyyətinə qucaq acdı. Bu dəfə Şuşa “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu üçün məkan seçildi. Foruma  49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılmışdı. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, verdiyi mesajlar beynəlxalq ictimaiyyətdə, o cümlədən dünya ictimaiyyətində böyük əks-səda doğurub. Hazırda dünyanın aparıcı kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin forumda verdiyi önəmli mesajlara böyük maraq göstərir və bu barədə informasiyalar yayır. Diqqqət çəkən əsas məqamlardan biri Rusiya Federasiyasının aparıcı portallarında dərc olunan məlumatlardır. Həmin informasiya və təhlili məqalələrdə  Prezident İlham Əliyevin Azərbaycanın Rusiya ilə münasibətlərinə, iki ölkə arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə, Bakıda keçirilən Rusiya-ABŞ dialoquna, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışına, bu ilin sonuna qədər Avropanın daha iki ölkəsinə Azərbaycan qazının çatdırılmasına və digər fikirlərinə geniş yer verilib.  Prezident İlham Əliyevin tədbirdə iştirak edən müxtəlif ölkələrin media nümayəndələrinin suallarını üç dildə cavablandırarkən çox mühüm mesajlar verdiyini xatırlatdı. Forum iştirakçıları, eləcə də beynəlxalq ictimaiyyət Türkiyə və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olmasından,  İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqının ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmasından, Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərinin məşhur Şuşa Bəyannaməsini imzalayaraq  rəsmiləşdirilməsindən və müttəfiqlik səviyyəsinə qaldırılmasından bir daha xəbərdar oldular. Dövlət başçımız bir daha bəyan etdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Birincisi, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Tarixi Zəfərimizdən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər zaman 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarından, 44 gündə 30 ilin işğalına son qoyulmasından böyük qürurla bəhs edirik. Azərbaycanın vətənpərvər, torpağını, Vətənini canından artıq sevən gəncləri torpaqlarımızı mənfur düşməndən təmizlədi, tarixi ədaləti bərpa etdi. Dastana çevrilən Şuşa əməliyyatı bu gün də dünyanın hərbi ekspertləri tərəfindən təhlil edilir, öyrənilir. Azərbaycan hərb tarixində də ilkə imza atdı. Müasir texnologiyaları özündə əks etdirən müharibə taktikası, son iki ildən artıq dövrdə təkmil dirçəliş modeli bir daha imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xalqa müraciətini də məhz Şuşadan etdi. “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam” söyləyən dövlət başçısı bildirdi ki,  Şuşa Zəfərimizin rəmzi, tacıdır. Şuşa işğaldan azad olunanda  bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button