Analitika

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir

Sentyabrın 14-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. Azərbaycan Respublikası Prezidentini və digər dövlət başçılarını Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhman qarşılayıb. Ölkəmizin bu görüşdə iştirakı Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında olan çoxəsrlik dostluq və qardaşlıq əlaqələrinin gücünü göstərir.

Azərbaycanın bütün nəqliyyat infostrukturu M.Asiya üçün açıqdır. Azərbaycan Xəzər Dənizi hövzəsi dövlətləri arasında ən çox ticarət gəmisi olan yeganə dövlətdir. Bu bizim ticarət sahəsində olan özgüvənliyimizi artırır, belə ki, bizimlə bu sahədə əməkdaşlıq etmək istəyən üçün gözəl fürsətdi. Tranzit daşımalarının şəffaflığını qorumaq üçün tariflərin və gömrük prosedurlarının sadələşdirilməsi zəruridir. Çünki asan və bərabər şərtlər bizim amalımızdır. Hər zaman olduğu kimi regionda tarixi qardaşlıq münasibətlərimizin qurulmuş olduğu respublikalarla bu münasibətlər daim ikitərəfli formada inkişaf edir və ölkəmizin hər bir sahəsində bu inkişaf öz təsirini göstərməkdədir.

Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə Respublikamızın Prezidentinin fəxri qonaq qismində iştirakı Mərkəzi Asiya ölkələri ilə dostluq bağlarımızın bariz nümunəsidir. Burada Mərkəzi Asiya ölkələrinin dövlət başçıları cənab Prezident İlham Əliyevin fəxri qonaq kimi iştirakından böyük məmnuniyyət hissi keçirdiklərini qeyd ediblər. Bu Məşvərət görüşündə ölkə başçısı çıxış edərək , Azərbaycan və Mərkəzi Asiya ölkələrinin xalqlarının çoxəsrlik qardaşlıq münasibətlərini, ortaq mədəni köklərini, dövlətlərarası əlaqələrin möhkəm bünövrə təşkil etdiyini, Mərkəzi Asiya və Azərbaycanın artan iqtisadiyyatını, demoqrafiyasını, geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətini qeyd etmişdir. Həmçinin, ölkə başçısı, çıxışında, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından olan ticarət və sərmayələrin artımının perspektivliyini, birgə yaradılmış sərmayə fondlarını, nəqliyyat və logistika sahəsinin münasibətlərdə mühüm yer tutmasını,Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun tərəfimizdən müasirləşdirilməsini, Şərq-Qərbi dəhlizinin rəqəmsallaşdırılmasını, üzərində fəal çalışılan “Rəqəmsal İpək Yolu” layihəsini və bir sıra məsələləri qeyd etmişdir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulub. Bu günə qədər Azərbaycan Respublikası hökuməti ilə Tacikistan hökuməti arasında 35 sənəd imzalanmışdır.

Tarixi faktlar da təsdiqləyir ki,  o vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həm Tacikistan  Prezidenti, həm də ulu öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button