Analitika

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu dünyaya bir daha sübut etdi

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Ordumuzun şücayəti nəticəsində 28-illik Qarabağ həsrətinə son qoyuldu. İllərdir öz torpaqlarından didərgin düşmüş soydaşlarımız öz dədə-baba yurduna qayıdır.

Tarixə nəzər salsaq 1992-ci ildən başlayaraq erməni separatçı qüvvələri Qarabağın yaşayış məskənlərinin işğalına başladılar. Bununla yanaşı olaraq ermənilər “viran etmək” taktikasına əl atdılar.

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığı, onun ərazi bütövlüyünün pozulduğu və torpaqlarımızın işğal altında olunduğu Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən də təsdiq edildi.

27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq, təxribata əl atdılar. Onun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını alıb əks-həmlə əməliyyatlarına başlayaraq respublika ərazisində hərbi vəziyyət elan etdi. Bu döyüşlərdə Azərbaycan az itki verərək böyük irəliləyişlərə imza atdı.

Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizin 2904 nəfər hərbi qulluqçusu həlak olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu öz ərazi bütövlüyünün bərpası üçün ermənistan ordusuna zərbələr endirərək, 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli , 20 oktyabr Qubadlı və 8 noyabr tarixində Şuşa şəhərini işğaldan azad etdi.

Əlbəttə Azərbaycan döyüş meydanında qələbə qazandı. Bu zəfər Azərbaycan xalqına böyük sevinc bəxş etdi. Əldə edilən qələbə Azərbaycanlılar haqqında məğlub xalq sindiromunu sındıraraq ,tarixə qızıl həriflərlə Qalib Xalq olaraq  yazdı.

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı eyni zamanda  həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Qələbəmiz güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrük liderimizin başçılığı ilə , şəhidlər verərək qazandıq.

Bu Xalqımızın şanlı qələbəsidir!

Sədaqət Hacıyeva,
YAP Nizami eayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button