Analitika

Azərbaycan Xalqının xilaskarı Ulu Öndər Heydər Əliyev!

Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə 1991-ci il oktyabrın 18-də bərpa etsə də xalqımız bu sevinci ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yaşandı.Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı yüzlərlə dövlət başçıları, siyasət adamları yetişdirmişdir və tariximizdə bunların hər birinin öz yeri, öz xidmətləri vardır. Xalqımız və dövlətimiz üçün Heydər Əliyevin etdiklərini başqa dövlət adamlarımız edə bilməmişdir. Ona görə Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, ümummili lider və xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Müdrik siyasətçi, məşhur dövlət xadimi Heydər Əliyev Naxçıvan MR-da fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirmişdir. 20 yanvar faciəsi, Naxçıvanda sabitliyin pozulması, respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi qarşısında qaldıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələbi ilə ayağa qalxdı. Azərbaycan xalqı həyatını müəyyən edən başlanğıcın əsasını qoydu. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük etimadını qazandı. Ulu Öndər seçkilərdə böyük üstünlüklə Azərbaycan prezidenti seçildi. Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə məktəb, xəstəxanalar, idman qurğuları, yaşayış binaları və digər tikililər ucaldılır, yollar tikilir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz xaos və anarxiyadan, hərc-mərclikdən qurtardı.

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button