Öz andına və xalqına sadiq qalan Ulu Öndər
Xalqımızın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu. Ulu Öndər 1993-cü ildə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ulu Öndər xalqı öz ətrafında birləşdirməklə dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi. Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Ümummilli Lider Heydər Əliyevin həyat yolu öz xalqına xidmətin nümunəsidir. Ulu Öndərin müdrikliyi, zəhməti, dəmir iradəsi Azərbaycanı möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrmişdir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq milli dövlətçiliyimizin ideya əsasını yaratmışdır. Bu gün biz qürur duyuruq ki, bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada Birləşmiş Millətlər Təşkilatının iqamətgahının qarşısında dalğalanır. Bu müstəqilliyini əbədi etdiyi Azərbaycana, Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətinin ən yüksək nümunəsidir. Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır. Ulu Öndərin milli dövlətçilik irsini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin uğurları nəticəsində ölkəmiz tarixinin ən qüdrətli mərhələsini yaşayır. Azərbaycan tarix boyu heç zaman indiki kimi güclü, qüdrətli olmayıb. Bu danılmaz bir reallıqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandırır. Bu şah əsər bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında özünün daha möhtəşəm, daha qürurlu inkişaf dövrünü yaşayır. Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycan etibarlı əllərdədir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəqil siyasəti sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir. Ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyinin dönməz və əbədi edilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir. Uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.
Eyyub Əliyev,
YAP-ın gənc fəalı