Azərbaycan MDB ölkələri ilə tərəfdaşlığa böyük töhfə verir
Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir. Keçmiş ittifaq məkanında yaradılan Müstəqil Dövlətlər Birliyinə üzv ölkələri ortaq tarix və müasir çağırışlar birləşdirir. MDB Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş”in imzalanması ilə təsis edilib. Preambula və 14 maddədən ibarət sənəd SSRİ-nin beynəlxalq hüquq və geosiyasi reallığın subyekti kimi ləğv olunmasını bəyan edirdi. Lakin millətlərin tarixi birliyini, onların arasında əlaqələri, ikitərəfli sazişləri nəzərə alaraq tərəflər Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəlmişlər. 1991-ci il 21 dekabr tarixində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata Bəyannaməsini imzalayıblar. Sənəddə SSRİ-nin ləğv olunaraq, MDB-nin yaradılması vurğulanır. Sənəd həmçinin MDB-nin məqsəd və prinsiplərini özündə əks etdirirdi. Qurumun formalaşması 1993-cü ilin 22 yanvar tarixində Minsk şəhərində təşkilatın başlıca sənədi olan Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.
Ötən dövrdə MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib.MDB dövlətləri arasında əməkdaşlığın mühüm bir istiqamətini isə humanitar-mədəni sahə təşkil edir. Keçmiş ittifaq məkanında bu gün MDB-də birləşən dövlətlərin mədəni irsi, həmçinin şair və yazıçılar, bəstəkarlar və rəssamlar, müğənnilər geniş populyarlığa malikdirlər. Bütün bunlar isə xalqları bir-birlərinə daha yaxın edir və onları zənginləşdirir. Ötən dövrdə MDB çərçivəsində humanitar sahədə əməkdaşlığın möhkəmlənməsini hədəfləyən, gənclər siyasətinə aid, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələrin reallaşdırılması olduqca təqdirəlayiq haldır. Deyilənlərlə yanaşı, MDB dövlətləri bütün dünyada beynəlxalq hüquq norma və prinsipləri əsasında ədalətli qlobal nizamın bərqərar olmasını dəstəkləyirlər.bütün bunlarla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi və iqtisadi əlaqələrini yalnız ölkəmizin siyasi məqsədlərinə müvafiq şəkildə və ölçüdə reallaşdırır. Odur ki, Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın daha çox ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilata üzv dövlətlər arasında qarşılıqlı dialoq məkanı kimi çıxış etməyə çalışır.
Mübariz Məmmədov,
Nizami rayon 220 saylı məktəb-liseyin müəllimi



