Analitika

Zəfər Paradı Qələbəmizin rəmzi

Qürur və fəxr olunacaq 10 dekabr Zəfər Paradının keçirilməsindən bir il ötür. Zəfər Paradı 30 il işğal altında olan torpaqlarımızın 44 gün ərzində Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığının, xalqımızın birliyi və həmrəliyinin Zəfər qələbsinin Azadlıq meydanında nümayişidir. Bu paradın həsrətini düz 30 il idi ki, gözləyirdik. Və sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Bu böyük qələbəmizdir. 10 dekabr Zəfər Paradı müqədəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək paradı oldu. Bu parad torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu, intizarında və həsrətində olacağımız Qarabağ Azərbaycandır! NİDA qoyulduğu Böyük qələbənin Böyük Zəfər paradıdır!

Doğrudur, Azadlıq meydanında çox paradlar keçirilib. Ancaq 10 dekabrda keçirilən Qələbə Paradı Vətən Müharibəsinində Azərbaycanın qalib olduğunu göstərməklə yanaşı regionun lider ölkəsi olduğunu təsdiq etməsidir. “Dəmir yumruğa” çevrilən 44 günlük Vətən Müharibəsinin ZƏFƏR PARADININ keçirilməsi özü haqqında «məğlubedilməzlik» sindromu yaradan Ermənistan silahlı qüvvələrinin qısa müddət ərzində məhz Azərbaycan Ordusu tərəfindən darmadağın edildiyinin təsdiqidir. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Bu gün Azərbaycan xalqı böyük sevinci yaşayır. 30 il torpaq, yurd həsrəti çəkən və “qaçqın, köçkün” adından qurtulduğu sevincini yaşayır. 10 dekabrda keçirilən Qələbə Paradı bir daha göstərdi ki, Güclü Lideri, Müzəffər Ordusu, rəşadətli əsgər və zabitləri, Xalq-İqtidar birliyi olan Azərbaycan ancaq və ancaq belə bir sevinc keçirməyə layiqdir! Dövlətimizin başçısı İlham Əliyevin Laçının azad edilməsi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. İradəmiz də, təcrübəmiz də var: “İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”.

Bəli, bu Qələbə eyni zamanda, göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri, hər kəs bir arzu ilə yaşayıb və bu arzu həyata keçirildi. Artıq müharibə arxada qaldı. Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə yenilik kimi daxil olan strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə az itkilər verərək qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ermənistan ordusu yoxdur, məhv edilib. Ermənistan ordusu onilliklər ərzində yaradılırdı və onlara hərbi texnika pulsuz verilirdi. Bu məqam 44 günlük müharibə dövründə bir daha aydın özünü göstərdi.

Bəli, haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, Müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsidir. Bu parad İkinci Qarabağ müharibəsi adını almış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin nümayişidir. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün – o böyük gün gəldi. Dekabrın 10-da İkinci Vətən Müharibəsinin qələbə paradı keçirildi. Meydana Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarda dalğalandırdığı bayraqlarımız gətirildi. Və bu Qələbə Parad Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq! Qarabağ Azərbaycandır!. Bizə bu Qələbəni yaşadan müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!

Murad Zeynalov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button