2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev “Azadlıq” meydanında keçirilən paradlarda çox iştirak edib. Yalnız 2020-ci il Dekabrın 10-da baş tutan bu parad Azərbaycanın tarixi qələbəsinə, 44 günlük vətən müharibəsinin şanlı zəfərinə həsr olunmuşdur və bu parad bütün Azərbaycan xalqı, Ali Baş Komandan üçün bir başqa əhəmiyyət kəsb edib. Bu Zəfər tarixi hadisəsidir.
Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan bu paradda iştirak edərək, çıxışında Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrəti sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq dostluğumuzu qorumalı, işğaldan azad olunan torpaqlarda abadlıq işinə birgə çalışmalıyıq. Gələcək nəslin daha yaxşı yaşaması üçün birgə mübarizə aparmalıyıq. İki ölkə rəhbərinin paradda birgə qəbul etməsi, dünyaya, beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır.
Meydana gətirilən Zəfər bayrağı azad olunduqdan sonra Azərbaycan ordusunun Şuşa şəhərinə qaldırılan o şanlı bayrağın parade gətirilməsi çox qürur verici bir hadisə oldu.
Paradda iştirak edən 3000 nəfərdən artıq şəxsi heyyətin,150-dək texnikanın , hava hücumundan qorunmaq üçün müdafiə sisteminin, gəmi və katerlərin nümayişi oldu.
Paradda qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak edərək Azərbaycan Türkiyə dostluğunun qardaşlığının bir sübutu oldu. Paradda düşməndən götürülmüş hərbi qənimətlər, texnikalar nümayiş olunub. “Qarabağ Azərbaycandır” şüarları yazılmış kompozisyanın nümayişi hər bir Azərbaycan vətəndaşına qürur hissi yaradıb.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan İlham Əliyev çıxışda bir daha tarixi qələbəmizin həm hərbi, həm diplomatik sahədə qalibiyyətinin olmasından bəhs edib. Çıxış zamanı 44 günlük tarixi zəfərimizdə Azərbaycan ordusunun bir nəfər belə fərarisinin olmamasından, düşmənin on mindən çox fərarisinin olmasından bəhs edib. Azərbaycan ordusunun qəhrəmanlığından danışan Ali Baş Komandan onlarla qürur duyduğunu bird aha çıxışında bəyan edib. Müharibədə içtirak edən hərbiçilərə Qarabağ və Zəfər ordeni və on beş yeni medalın təsis edilməsini bird aha bəyan etmişdir. Sonra Azərbaycan Prezidenti şüar olaraq xalqa müraciətində “Qarabağ Azərbaycandır” deyərək çıxışını yekunlaşdırıb.
Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü