10 dekabr Zəfər Paradı müqəddəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək paradı oldu
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev “Azadlıq” meydanında keçirilən paradlarda çox iştirak edib. Yalnız 2020-ci il Dekabrın 10-da baş tutan bu parad Azərbaycanın tarixi qələbəsinə, 44 günlük vətən müharibəsinin şanlı zəfərinə həsr olunmuşdur və bu parad bütün Azərbaycan xalqı, Ali Baş Komandan üçün bir başqa əhəmiyyət kəsb edib. Bu Zəfər tarixi hadisəsidir.
Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan bu paradda iştirak edərək, çıxışında Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrəti sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq dostluğumuzu qorumalı, işğaldan azad olunan torpaqlarda abadlıq işinə birgə çalışmalıyıq. Gələcək nəslin daha yaxşı yaşaması üçün birgə mübarizə aparmalıyıq. İki ölkə rəhbərinin paradda birgə qəbul etməsi, dünyaya, beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyanatında demişdir “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.
Azərbaycanın yeni şanlı tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
Kərimov Qara,
YAP-ın fəalı