Dağıdıcı müxalifətin bütün cəhdləri iflasa uğrayır

Demokratik quruluşa təminat vermək dövlətimizin ali konstitusion niyyətlərindən biridir. Seçki isə demokratik quruluşun ən önəmli elementlərindəndir. Elan edilmiş növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır. Hər zaman xəyanətini pərdə arxasında gizlətməyə çalışan Əli Kərimlinin öz kartlarını növbəti dəfə açması zərurətdən yaranıb. Ölkəmizə qarşı aparılan yalan təbliğatın effektsizliyi, o cümlədən, radikal düşərgənin bacarıqsızlığı ermənipərəst xarici qrupların da işini çətinə salıb. Nəzərə alınmalıdır ki, parçalanan, hər gün onlarla üzvünü itirən AXCP və Müsavat Partiyası cütlüyü olduqca acınacaqlı vəziyyətdədir. Konstruktiv müxalifətin rahat şəlkildə seçki marafonuna qatılması bu reallığı bir daha təsdiq edir. Antimilli ünsürlərin isə bu dəfə də prosesdən kənarda qalması əslində xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. 5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyən bir ovuc ünsür, indi guya seçkiləri “boykot” edir. Bu xalq Sizi çoxdan boykot edib, siz kimi boykot edirsiniz? Bu gün Azərbaycanda seçkilərin boykot edilməsi üçün heç bir siyasi-hüquqi şərait və zərurət yoxdur. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki, siyasi sabitliyi pozaraq ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar. Amma hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı nə bu gün, nə gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi seçkidir və bundan kənar istənilən cəhd ictimai sabitliyə yönələn təhdiddir və milli maraqlara yönəli istənilən təhdid Azərbaycan xalqının iradəsi ilə beşiyindəcə boğulacaq.
Nərmin Cəfərova,
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı



