Analitika

Azərbaycan xalqı atdığı hər addımda müzəffər prezidentinin yanındadır

Ali Baş Komandan, müzəffər  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni bir mərhələ si başlayır. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Azərbaycan xalqı bu gün elə bir sevinnc  yaşayır  ki, onun miqyasını təsəvvür etmək belə  çətindir. Xalqın özünə inamının qayıtması, insanların əhval-ruhiyyəsinin yüksək olması, ordu və xalq vəhdəti,  Ali Baş  Komandana  olan sevgi, inam  və bütün çətinliklərin geridə qalması  ən böyük nailiyyətdir. Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. Prezident İlham Əliyev Xankəndi stadionunda    çıxış edərək bildirib ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var.Dekabrın 21-i, 2023-cü ildə bütün Azərbaycan tarixi bir hadisəyə şahidlik etdi. Cənab Prezident, müzəffər Aıi Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Xankəndimizdə uzun illərdən sonra ilk dəfə yerli futbol matçımızın açılışında iştirak etdi. Onun sözləri ilə desək “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır.”. İnsanlar Ali Baş Komandanımızın hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik ediblər. Bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. “Mənim işim xalqa xidmət etməkdir, bunu edirəm, bundan sonra da edəcəyəm və bütün işlərimdə mən xalqa arxalanıram” – deyən cənab İlham Əliyev daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, reallığa adekvat olduğunu sübuta yetirir. Bu gün Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.Futbol matçının Xankəndidə keçirilməsinin əhəmiyyəti odur ki, bura qədim Azərbaycan diyarıdır. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır.İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.Biz buraya qayıtmalı idik və qayıtmışıq.» Bu Qələbə bizim  tariximizdə əbədi yaşayacaq. Bizdən sonra  gələn nəsillər  bu Qələbə  ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Xalqımızın onilliklər  ərzində olan  arzuları  çin oldu, ləyaqəti bərpa olundu. 020-ci ilin Vətən müharibəsi Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha sübut etdi. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin mərkəzinə çevrilmişdi. Bu gün isə Xankəndidə, ümumiyyətlə işğaldan azad edilmiş Qarabağın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır. Dövlət başçışı  Azərbaycan ordusunun  dünyanın ən güclülərindən olduğunu bir daha  bəyan etdi. Qeyd etdi ki, şanlı Azərbaycan ordusu Ermənistana, onun havadarlarına  və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibi Azərbaycan xalqıdır.

Vəli Hüseynli,
Nizami rayon 61 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button