Analitika

Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür

Bu gün Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bu qərar AŞPA-da Azərbaycannümayəndə heyəti üzvlərinin etimadnamələrininqəbul edilməməsi barədə avropalı deputatlarınçağırışlarından sonra verilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatlarıçərşənbə günü keçirdiyi müzakirədə Azərbaycanınqurumdakı nümayəndə heyətinin etimadnaməsinitəsdiq etməyib. Assambleya rəsmi Bakının öz üzərinə götürdüyüəsas öhdəlikləriyerinə yetirmədiyi qənaətinə gəlib bu barədə qətnamə qəbul edib. Azərbaycan Avropa Şurası Parlament Assambleyası(AŞPA) kimi qeyri-ciddi qərəzli təşkilatlaəməkdaşlığı davam etdirə bilməzdi. Bizim üçün vacib olan milli maraqlarımızdır. Azərbaycan müstəqil, suveren, demokratik multikultural dövlətkimi dünyada nüfuz sahibinə çevrilib. AŞPA iləəməkdaşlığın dayandırılması qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizinimicinə təsir etməyib, bundan sonra da edə bilməz.

Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarına ciddi zərbə olacaq. Bunun ciddi geriyə dönüşü olmayan nəticələrinə görəməsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinədüşəcək. Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründəqaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqesərgiləyib. Amma təəssüf ki, AŞPA Azərbaycanaproblem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqaheç etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələrbu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər bu gün eyni siyasət yürüdülür. Azərbaycanın ərazi bütövlüyünü suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktədilində danışa biləcəklərini düşünürdülər. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti çoxhaqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığıqeyri-müəyyən müddətə dayandırdı. Bu tarixi qərarlabiz sübut etdik ki, Azərbaycana qarşı səslənənittihamların heç bir əsası yoxdur.

Azərbaycan AŞPA-nın üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər prinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb. İşğal dövründə azərbaycanlılar zorla evlərindən qovuldular, Qərbi azərbaycanlılar isə etnik təmizləməyə məruz qalmışdılar. AŞPA deyilən qurum Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma prinsipləri əsasında həyatakeçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələməverərək, yenə anti-Azərbaycan mövqeyindən çıxış edir.

Arzu Alışqızı,
Nizami rayon 214 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button