Analitika

Xocalı sadəcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş ən ağır qətliamdır

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! 1991-ci ilin oktyabr ayından blokadavəziyyətinə alınmışdı. 1991-ci ilin oktyabrında Tuğ Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevral ayında isə Malıbəyli Quşçular kəndlərini işğal etdilər. Həmin kəndlərin işğalındanbir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcıalayın, eləcə müxtəlif xarici ölkələrdən gətirilmiş erməni muzdlu döyüşçülərin hesabına işğal olundu. Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh Mirzəcankəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat pulemyotlarla silahlanmış yüzlərlə erməniyaraqlısının toplandığı bu kəndlərdə çox sayda raket qurğuları zirehli texnikalar vardı. Fevralınortalarından Xocalı erməni silahlıları tərəfindənmühasirəyə alınmışdı hər gün ağır texnikadanatəşə tutulurdu. İşğal planı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təşkil olunmuş, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, keçmiş sovetordusunun 366-cı motoatıcı alayı da 7 min nəfərinyaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətləyetirmişlər. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüşdü. Onlardan 150-nin taleyi hələ məlum deyil. 8 ailətamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşməngülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi.

Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycanarəhbərlik edənlər Xocalı soyqırımına biganəmünasibət göstərmiş, xalqımıza qarşı törədiləncinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmindövrdə Naxçıvan Muxtar Respublikası Ali MəclisininSədri vəzifəsində çalışan görkəmli dövlət xadimiHeydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımıhaqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin səbəbkarların məsuliyyətə cəlb olunmasını tələbetmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycandayenidən siyasi hakimiyyətə qayıdışından sonra isəXocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalqictimaiyyətə çatdırılması üçün təsirli tədbirlərgörülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərəkXocalı Soyqırımı Günü haqqındaQərar qəbul etmiş, BMT-, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətiniaçıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlısəhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar həril fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər ƏliyevinXocalı soyqırımı qurbanlarının xatirəsinəsükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevralayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalısoyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı Xocalıda qətləyetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyligörülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalqtədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildəXocalıya ədalətBeynəlxalqİnformasiya Təşviqat Kampaniyasının təsisedilməsi atılan mühüm addımlardandır. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixliXocalıyaədalətkampaniyasının keçirilməsi ilə bağlı tədbirlərhaqqındaSərəncamına əsasən, bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündədünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əzizxatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənivəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur.

Dünya ölkələrininnüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələrçap edilir, televiziya radiolarda verilişlər hazırlanır.

Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

Oxşar Xəbərlər

Back to top button