Son illər ərzində Belarus-Azərbaycan ikitərəfli əlaqələri daha da inkişaf etməyə başlamışdır

Belarusla ikitərəfli münasibətlərin qurulması istiqamətində Heydər Əliyevin siyasi strategiyası iqtisadiyyat, siyasət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturdu. Bu səylər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmişdir. Ölkələr arasında strateji tərəfdaşlıq, dövlət başçıları səviyyəsində nümayiş etdirilən qarşılıqlı hörmət və etimad Heydər Əliyev siyasətinin uğurlu davamının parlaq nümunəsidir. Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Belorus və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə çalışırlar. Bu gün bizim dünya dövlətləri ilə iqtisadi əlaqələrimiz genişlənir. Azərbaycan dünya ölkələri üçün etibarlı tərəfdaşdır”-deyən deputat vurğulayıb ki, Azərbaycanın Belarus ilə də diplomatik və iqtisadi münasibətləri də çox yüksək səviyyədədir. Digər tərəfdən, bu ölkə ilə iqtisadi əlaqələrimiz durmadan genişlənir. Həmçinin, Belarusda Azərbaycan Mədəniyyət Günləri keçirilir. Prezident İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırır. Tarixən Azərbaycan-Ermənistan xalqı arasında olduğu, siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sıx münasibətlər olub. Azərbaycan-Belarus münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin əsas göstəricilərindən biri də ölkə prezidentləri arasındakı xoş münasibətlərdir. Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: “Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür. Digər tərəfdən, bu ölkə ilə iqtisadi əlaqələrimiz durmadan genişlənir və bir neçə ay bundan əvvəl Azərbaycanın orada Ticarət Evi açılıb. Eləcə də Belarusda Azərbaycan Mədəniyyət Günləri keçirilir. Ən başlıcası, bu ölkələr beynəlxalq təşkilatlarda bir-birini hər zaman dəstəkləyirlər. Mədəniyyət yalnız keçmişin irsi deyil, həm də gələcəyin inkişafı üçün vacib resursdur. Azərbaycan və Belarusun bu sahədə əməkdaşlığı yalnız ənənələrə, tarixə olan hörməti nümayiş etdirmir, həm də birgə yaradıcılıq axtarışları, yeni ideya və layihələrin həyata keçirilməsinə imkan yaradır ki, bu da hər iki ölkənin rifahına və inkişafına töhfə verir.
Vəli Hüseynli,
Nizami rayon 61 saylı məktəbin müəllimi



