Azərbaycan günü-gündən dünyanın enerji mərkəzinə çevrilməkdədir

Hökumətin iqlim dəyişmələri ilə mübarizəyə töhfəvermək, yaşıl enerjiyə keçid üzrə işlərin vəAzərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin – BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsioldu. Bu konfransın Azərbaycanda keçirilməsiölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllərməsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. 2024-cü ilin AzərbaycanRespublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bunun davamı oldu. Azərbaycanözünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir: Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətəqaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələrAzərbaycanın Avropanın artmaqda olan ehtiyaclarınıödəmək üçün kifayət qədər qaz ehtiyatlarınınolmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin Prezident İlham Əliyevin formalaşdırdığıkonfiqurasiya həmin əsassız kampaniyalar seriyasınauğurlu cavab oldu. Xüsusən AzərbaycanPrezidentinin zamanında uzaqgörənlikləreallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çoxcazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycanözünün gələcəyini neft-qaz sferasında yox, alternativenerjidə görür. Azərbaycan Prezidentinin Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışı zamanı bəyanetdiyi kimi, “Bizim əsas hədəfimiz bərpaolunanenerji növləri ilə bağlıdır. Dövlətimizin başçısı 3 ay öncə Cənub Qaz Dəhlizi Məşvərət Şurası və YaşılEnerji Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı iclasında da bəyan etmişdi ki, ən azından yaxıngələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Məhz bu reallığı rəhbər tutaraqAzərbaycan həm qazıntı yanacağı ilə bir çoxölkələrin enerji təhlükəsizliyində rol almaq, həm dəqlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiquraçevrilməyi bacarıb.Məhx bu amil Azərbaycanınqlobal enerji təhlükəsizliyində bütövlükdə qlobalsiyasətdə çəkisini ciddi formada artırır. Təsadüfideyil ki, məhz bu inkaredilməz amillər qarşısındahətta Azərbaycana qeyri-dost münasibətdə olan subyektlər belə əks arqument tapmadı və COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsiilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, beynəlxalqictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət vəetimadın, eləcə də ölkəmizin milli, regional və qlobalsəviyyədə ətraf mühitin qorunması, iqlimdəyişmələrinin qarşısının alınması işinə töhfəsinintəqdir olunmasının bariz nümunəsidir.
Lalə Müseyibova,
Nizami rayon 210 saylı məktəbin direktor müavini



