
Beynəlxalq münasibətləri həm nəzəri, həm dəpraktiki səviyyədə dərindən bilən, geniş və məntiqlianalitik təfəkkürə, məqsədyönlü, düşünülmüş siyasi baxışlara sahib olan Prezident İlham Əliyev istərregional, istərsə də beynəlxalq platformalardadövlətimizin maraqlarını yüksək səviyyədə təminedir. Ən əsası isə odur ki, Azərbaycan heç kimdənasılı olmayan, tamamilə müstəqil və sərbəst siyasəthəyata keçirir. İmza atdığı beynəlxalq layihələr, irəlisürdüyü təşəbbüslər, həmçinin qlobal sülh vətəhlükəsizliyə verdiyi davamlı töhfə dünya üçün son dərəcə səmərəli olub və yüksək qiymətləndirilib. Heçdə təsadüfi deyil ki, ölkəmiz bilavasitə 155 ölkənindəstəyi ilə 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Tərəddüdsüz ifadə edə bilərik ki, bu, Azərbaycanınuğurlu xarici siyasətinin mühüm əlamətidir. Digərvacib göstərici isə dünyanın ikinci ən böyükbeynəlxalq qurumu olan Qoşulmama Hərəkatına2019–2023-cü illərdə sədrlik Azərbaycana etibaredilib. Həmin dövrdə yüksək təşkilatçılıq, nümunəvivə ədalətli idarəçilik, institusional yeniliklərsayəsində bu beynəlxalq təsisat dünyada böyük imicqazandı, qlobal çəkisi isə xeyli artdı. Bildiyimiz kimi, Azərbaycanın bütün sahələri əhatə edən davamlıinkişafı, regional güc mərkəzinə çevrilməsi, əlverişlitəbii-coğrafi mövqeyi və təşəbbüskarı olduğu nəhənglayihələrin əhəmiyyəti ölkəmizin bu təşkilatlaəlaqələrinə ciddi təsir edir. Eləcə də tranzit vənəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyidəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Orta Dəhliz kimi də tanınan Transxəzər BeynəlxalqNəqliyyat Dəhlizinin təşkilat və ona üzv dövlətlərüçün üstünlükləri böyükdür. Odur ki, Azərbaycanla əməkdaşlıqda ŞƏT daha çoxmaraqlıdır”. Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizmvə separatizm ilə mübarizə, regional təhlükəsizliyinvə sabitliyin təminatı, sivilizasiyalararası dialoquntəşviqi kimi sahələri əhatə edir Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə də yüksək səviyyəli ikitərəflimünasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasınıda şərtləndirir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakıvə etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir.
Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi



