
Şanxay Əməkdaşlıq Təşkilatı çox böyük nüfuza malik olan beynəlxalq təşkilatdır. Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olan təşkilatlardan biri də bu gün dünya əhalisinin təqribən yarısının yaşadığı coğrafiyanı əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Təsadüfü deyildir ki, artıq iki ildir ki, Şanxay Əməkdaşlıq təşkilatının Zirvə Toplantısına Azərbaycan Prezidenti İlham Əliyev dəvət olunur. Bu, Azərbaycan Prezidentinin şəxsi nüfuzu, ölkəmizin regionda güclənən mövqeyi və prezidentimizin irəli sürdüyü təşəbbüslərin regional əməkdaşlıq üçün əhəmiyyət kəsb etdiyini göstərir. Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev Rusiya, Qazaxıstan, Türkiyə prezidentləri, Çin sədri və Pakistanın Baş naziri ilə görüşlər keçirdi, səmərəli danışıqlar aparıldı. Baş tutan bütün görüşlərdə qarşı tərəflər bir daha Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə etdilər, həmçinin əlaqələrin mövcud və yeni sahələr üzrə inkişafının vacibliyini bildirdilər.
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ŞƏT-in Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün üzv ölkələrin liderləri bir araya gələrək qlobal inkişafa mane olan siyasi, iqtisadi və humanitar problemlər də daxil olmaqla çoxsaylı məsələlərin həlli müzakirə olundu.
Azərbaycan üçün ŞƏT platforması Asiyanın böyük güclərini birləşdirən nü-fuzlu qurum olaraq böyük əhəmiyyətə malikdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Prezident İlham Əliyev ilk dəfə 2022-ci ildə ŞƏT-in Səmərqənd Sammi¬tində fəxri qonaq qismində iştirak edib və son iki ildə Azərbaycan–ŞƏT əməkdaş¬lığı yüksələn xətt dinamikasına malikdir. ŞƏT həm də Azərbaycanın öz səsini və mövqeyini dünyaya çatdırması üçün va¬cib platformaya çevrilib. Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya və Qa¬zaxıstan liderləri ilə keçirdiyi görüşlər ikitərəfli münasibətlərin, eləcə də qar¬şılıqlı etimadın yüksək səviyyəsindən xəbər verir. Astanada Azərbaycan Prezi¬denti İlham Əliyev, Türkiyə Prezidenti Rə-cəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasın¬da üçtərəfli görüş ciddi maraq doğurub. Bütün bunlar Azərbaycanın düşünülmüş xarici siyasətinin, çoxtərəfli və ikitərəfli diplomatiyasının uğurlu nəticəsidir. Bun¬dan əlavə, Azərbaycanın ŞƏT sammi¬tində iştirakını tam əminliklə ölkəmizin təkcə Şərqlə Qərbi deyil, həm də Şimalla Cənubu birləşdirən körpü rolunu getdik¬cə daha inamla oynadığının sübutu kimi qiymətləndirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev Astanada “ŞƏT +” formatında görüşdə çıxış edərək quruma üzv ölkələrin liderlə¬rini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensi¬yasının Tərəflər Konfransının 29-cu ses¬siyasına (COP29) dəvət etdiyini bildirib: “Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirə¬cəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvan¬lamışam və həmkarlarımı noyabrda Ba¬kıda görəcəyimə ümid edirəm”.
Natiq Mahmudov,
Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşı



