AnalitikaGündəm

Davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur

Müstəqil və uğurlu siyasət yeritməyin bəhrəsidir ki, artıq Azərbaycanın iştirakı olmadan hər hansısa beynəlxalq tədbirin keçirilməsini təsəvvür etmək olmur. Regionun söz sahibi Azərbaycan beynəlxalq çağırışların dəstəklənməsi yönündə xüsusi əhəmiyyətə malikdir.

Son aylarda cənab Prezident İlham Əliyevin keçirdiyi beynəlxalq görüşləri və tədbirləri nəzərdən keçirsək nə demək istədiyimi anlamaq çətin olmaz. Bir – birindən nüfuzuna və əhəmiyyətinə görə seçilən bu tədbirlərə ötən gün biri də əlavə olundu.  Bildiyimiz kimi Prezident İlham Əliyevin cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirak etmək üçün Böyük Britaniyaya işgüzar səfər etmişdir. Səfər çərçivəsindən Prezident İlham Əliyev tərəfindən tərəflərin iştirakı ilə bir sıra əhəmiyyətli görüşlər keçirilmişdir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin çoxşahəliliyinin və dünyada etibarlı tərəfdaş imicinin göstəricisidir. Britaniyada baş tutan tədbirdə ölkə rəhbəri İlham Əliyev Lüksemburq, Litva, Finlandiya, Almaniya, İsveçrə, Çexiya, Bolqarıstan, Albaniya, Serbiya, Ukrayna, Macarıstan dövlətlərinin başçıları və NATO-nun rəhbəri ilə çox səmərəli görüşlər keçirmişdir.

Görüşlər zamanı əsas mövzu Ermənistanla Azərbaycan arasında bağlanması vacib olan sülh sazişi gündəliyidir.

Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında Azərbaycanın sözügedən ölkənin müxtəlif siyasiləri keçirdiyi görüşlər onu deməyə əsas verir ki, Azərbaycanın Birləşmiş Krallıqla münasibətləri qarşılıqlı etimad və tərəfdaşlığa söykənir. Siyasi müstəvidə qazandığımız uğurlar əlbətdə ki, iqtisadi əlaqələrimizin inkişafına da təsirsiz ötüşməyəcək.

Eldəniz Zeynalov,
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button