AnalitikaGündəmSiyasət

Bakının Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirildiyi məkana çevrilməsi təsadüfi deyil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı Prezident İlham Əliyev son zamanlar regionda baş verən mühüm hadisələrlə bağlı açıqlama verib.  Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır  və biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika qorunub saxlanılacaq deyə prezident qeyd edib. Aparıcı Dmitri Kiselyova qeyd edib ki, Azərbaycan Qafqazın ən rusdilli ölkəsi sayılır. Prezident İlham Əliyev isə cavab olaraq qeyd edib ki, bizdə tədrisi rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir. Yaradıcı kollektivlər, əsasən teatrlar demək olar ki, mütəmadi, çox tez-tez gəlirlər. Ona görə də rus dilinə tələbat var, o, yaşayır, necə deyərlər, özünü yaxşı hiss edir. Bu, bizə nə verir? Birincisi, sırf praktiki nöqteyi-nəzərdən hər hansı dili bilmək səni zənginləşdirir. Dili yaxşı bilmək sənə həm ədəbiyyata, həm də hər hansı elmi əsərlərə tam nüfuz etmək imkanı verir. Axı, bizim alimlərimiz, məsələn, bir çox informasiyanı Rusiya mənbələrindən alırlar. Bu, insanlarımıza təkcə rusiyalı dostları və həmkarları ilə deyil, həm də digər MDB ölkələrində olanlarla ünsiyyət qurmağa imkan verir. Yəni, bu ünsiyyət rus dili vasitəsilə aparılır. Bizdə bütün MDB ölkələri ilə, mən prezidentlərlə rus dilində danışırıq. Komandalarımız rus dilində ünsiyyət qurur. Biz görüşlər zamanı rusca danışırıq. Yəni, rus dili bunları verir. Əlbəttə ki, bu, Azərbaycanda rus icması üçün daha bir rahatlıq amilidir. Bu, ölkələrimiz arasında müsbət dövlətlərarası münasibətlərin amillərindən biridir. Bu onu göstərir ki, yenə danışdığımıza qayıdaraq demək istəyirəm: rus dilinə bu cür münasibət Azərbaycan dilinə, bizim kimliyimizə, mədəniyyətimizə heç bir zərər vermir. Qətiyyən. Əksinə, bu, dost ab-havası yaradır. Təsadüfi deyil ki, biz təkcə bu sahədə deyil, həm də dinlərarası qarşılıqlı fəaliyyət, mədəniyyətlərarası əlaqələr məsələlərinin həyata keçirilməsində də fərqlənirik. Bakının Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirildiyi məkana çevrilməsi də təsadüfi deyil. Yəni, hər şey qarşılıqlıdır. Zənnimcə, bizim siyasətimiz haqlı olduğunu sübut etdi. Dili siyasi motivlər üzrə sıxışdırmağa cəhd edənlər isə böyük səhvə yol verirlər.

Gülarə İsmayılova,
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin psixoloqu

Oxşar Xəbərlər

Back to top button