AnalitikaGündəmSiyasət

Azərbaycan, xalqlar arasında körpü quraraq, sülhə və qarşılıqlı əməkdaşlığa töhfələr verəcəyini bir daha təsdiqləyib

Forumun əsas məqsədi, beynəlxalq əməkdaşlığı gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, texnoloji yenilikləri təşviq etmək və qlobal təhlükəsizlik məsələlərində yeni yanaşmalar ortaya qoymaqdır.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak etmişlər. 3 gün davam edən Forumdan gözləntilər, əvvəlki illərdə olduğu kimi də eyni dərəcədə yüksəkdir. Forum çərçivəsində dünyanın qarşılaşdığı ən aktual problemlər müzakirə edilib. Əsas müzakirə mövzuları qlobal geosiyasi dəyişikliklər, çoxqütblü dünya düzənində multilateralizmin rolu, BMT-nin gələcək inkişaf istiqamətləri, sülh və münaqişələrin həlli, yeni dünya nizamında orta güclərin rolu, iqlim dəyişikliyi ilə mübarizə, texnologiyaların inkişafı və onların təsiri, gender, təhlükəsizlik və səhiyyə sistemindəki böhranlar olub.Çağrışların fürsətə çevrilməsi fonunda, forumda diqqət çəkən əsas mövzulardan biri, bu qlobal çağırışların necə fürsətə çevrilə biləcəyidir. Dünya iqtisadiyyatında baş verən böhranlar, siyasi qeyri-sabitliklər, müharibələr və iqlim dəyişikliyi kimi böyük problemlər, əslində inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar yarada bilər. Forumun əsas məqsədi, beynəlxalq əməkdaşlığı gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, texnoloji yenilikləri təşviq etmək və qlobal təhlükəsizlik məsələlərində yeni yanaşmalar ortaya qoymaqdır. XII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər arasında, məhz bu çağırışların, ölkələrin sosial, iqtisadi və siyasi inkişafları üçün müsbət bir təsir yaratmaq məqsədilə necə istifadə edilə biləcəyi ön plana çıxarılıb.

Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın qlobal məsələlərə verdiyi töhfələri və ölkəmizin beynəlxalq aləmdəki mövqeyini də xüsusi olaraq vurğulamışdır və XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayacağını xüsusi qeyd etdi. Əminik ki, burada aparılacaq diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Bundan sonra ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, daha çox ikitərəfli münasibətlərə əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Bütün bu deyilənlərlə yanaşı, cənab Prezident İlham Əliyevin müsahibəsində Cənubi Qafqazın gələcəyinə dair gözləntiləri ilə bağlı ifadə etdiyi fikirlər də əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edir. Xalqlar arasında körpü yaradan XII Qlobal Bakı Forumu, müxtəlif ölkələri tərəfdaşlığa çağırır. Hər zaman sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan bu dəfə də özünün qlobal baxışlarını dünyaya açıq şəkildə göstərdiyini xüsusi qeyd etmək olar.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button