AnalitikaGündəmSiyasət

Tarixi bağlar və müasir əməkdaşlıq Azərbaycan–Türkiyə birliyinin əsasını təşkil edir

Azərbaycan Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi, hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bütün dünyaya bildirdi. Bu da əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Dövlətimizin və xalqımızın  bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və Türkiyə həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin dediyi kimi “ bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur. Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Türkiyə – Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilmişdir.Türkiyə bizim üçün təkcə dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir.

Azərbaycan – Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi – siyasi dəstəyini dövlətimiz və xalqımız yüksək qiymətləndirir və heç vaxt unutmayacaq.

Azərbaycan – Türkiyə birliyi, dostluğu, qardaşlığı sarsılmazdır və daim belə də olacaqdır.

Məşədibəşirzadə Nüşabə
H. Z adına 123 saylı tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button