AnalitikaGündəmOrdu

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu güclü və qalib bir orduya çevrilib

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ordu quruculuğu siyasəti ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilib. Ordu yalnız texniki baxımdan deyil, təşkilati və ideoloji cəhətdən də gücləndirilib. Ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu proseslər təkcə qısa müddətli deyil, uzunmüddətli strateji planlarla həyata keçirilib.

Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsi, müasir silah sistemlərinin alınması və hərbi sənayenin inkişaf etdirilməsi bu siyasətin mühüm tərkib hissələrindəndir. Eyni zamanda, hərbi təlimlərin miqyasının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və əsgər-zabit heyətinin peşəkarlığının artırılması xüsusi diqqət mərkəzində olub. Əldə edilən nəticələr isə təkcə daxildə deyil, regionda da Azərbaycanın hərbi gücünün nümunəsi kimi qiymətləndirilir.

Effektiv ordu siyasətinin ən real və təsirli nəticəsi 2020-ci ilin payızında yaşandı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yalnız silahla deyil, strateji planlama və güclü liderliklə də üstünlük nümayiş etdirdi. Torpaqların azad olunması təkcə hərbi qələbə deyildi – bu, illərlə aparılan düzgün siyasətin real nəticəsiydi.

Bu gün Azərbaycan ordusu regionda söz sahibi olan bir gücdür. Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində göstərdiyi siyasi iradə və uzaqgörənlik nəticəsində ölkəmiz güclü silahlı qüvvələrə malikdir. Bu ordu artıq yalnız müdafiə deyil, həm də təhlükəsizlik və sabitlik zəmanətçisidir.

Turan Zeynalzadə
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button