AnalitikaGündəmSiyasət

Azərbaycan – İtaliya münasibətləri möhkəm əsaslar üzərində qurulub

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorludur. Müstəqilliyimizin bərpasından keçən 30 ildən çox müddət ərzində respublikamız həm Avropa İttifaqının üzvləri olan ölkələrlə, həm də geniş İslam dünyasını təmsil edən dövlətlərlə sıx münasibətlər qurub. Bu münasibətləri uzunömürlü edən əsas səbəblər

Azərbaycanın xarici siyasətində izlənən məntiqi ardıcıllıq, münasibətlərin ədalət prinsipinə əsaslanması və hər zaman qarşılıqlı maraqların nəzərə alınmasıdır. dan çıxış etməsidir. Dövlət beynəlxalq münasibətlərində yüksək məsuliyyət nümayiş etdirərək qlobal həmrəyliyə davamlı töhfələr verir ki, bu da qlobal arenada Azərbaycanın nüfuzunu davamlı olaraq yüksəldir. Dünyanın 7-ci böyük iqtisadiyyatına sahib olan İtaliyanın Azərbaycanla əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi də Azərbaycanın artan nüfuzunun əyani göstəricisi sayıla bilər.

İtaliya Azərbaycanın Avropadakı ən böyük siyasi-iqtisadi və ticari tərəfdaşıdır. Azərbaycanla İtaliya arasında uzun illərdən bəri davam edən yüksək səviyyəli siyasi dialoq iki ölkə arasında çoxvektorlu münasibətlərin təməlində dayanan əsas amildir. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında”

Birgə Bəyannamə imzalanıb və qarşılıqlı münasibətlər də bu bəyanatda əksini tapan müddəalar əsasında inkişaf etdirilir. hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin müntəzəm səfərləri əlaqələrin dinamikasına öz müsbət təsirini göstərir. 1997-ci ilin sentyabrında Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olmuşdur. Həmin səfər zamanı iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Həmin dövrdən başlayaraq qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etmiş və sonrakı illərdə də bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. 2018-ci ilin iyulunda İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ilk dövlət səfəri əlaqələrimizin inkişafında xüsusi yer tutur. 2020-ci ilin fevralında isə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri reallaşıb. Böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya, ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Romada “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji

Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalanıb. Dövlət başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində Prezident İlahm Əliyevin iştirakı ilə Romada Azərbaycan Respublikası səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi həyata keçirilib. Eyni zamanda, dövlətimizin başçısı Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak və çıxış edib. Azərbaycan-İtaliya əlaqələrinin inkişafında və möhkəmləndirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri var. İtaliya Prezidentinin ölkəmizə səfəri, dövlət başçılarının görüşlərində qarşıya qoyulan, icrası nəzərdə tutulan məsələlər iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq. Beləliklə, iki ölkə arasında münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına töhfə verəcək.

Əyyub Əliyev
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button