AnalitikaGündəmSiyasət

Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır

Bu sözləri 7 oktyabr 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev öz çıxışında söyləmişdir. Bildiyimiz kimi ,Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib.  Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Prezident bu sözləri 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya göstərmiş oldu.

Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır və beynəlxalq səviyyədə nüfuzu artır. Prezident İlham Əliyevin təbirincə “ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Azərbaycanın bu zirvə görüşünə ev sahibliyi etməsi ölkənin türk dünyasındakı lider mövqeyini bir daha təsdiqləyir. Prezdentimiz TDT-nin əhəmiyyətini vurğulayaraq daxili siyasi və iqtisadi  sabitliyin, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanların, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensialın TDT-ni qlobal arenada vacib faktora çevirdiyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.

Prezident İlham Əliyev Zirvə görüşündə bu gün sülhün və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu qeyd etmiş, təşkilatın təməl sənədi olan Naxçıvan sazişində sülhün qorunması və təhlükəsizliyin əsas məqsəd və vəzifələr sırasında yer aldığını xatırladaraq “Dünyanın üzləşdiyi hazırki, geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ bəyənnaməsinə və bu günkü Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mözusuna uyğun olaraq Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacib olduğunu” bildirmişdir.

Bəllidir ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Bu nöqteyi-nəzərdən İ.Əliyevin qeyd etdiyi kimi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bu dövrdə ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu mənada Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Təkcə son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq  Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev bu görüşdə TDT-na üzv ölkələrin birgə təlimlərinin 2026-cı ildə Azərbaycanda keçirilməsini təklif etmişdir.

Zirvə görüşündə Prezident İ.Əliyev 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizidən, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasından bəhs edərək Azərbaycan dövlətinin və xalqının bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhvə verdiyini görüş iştirakçılarının nəzərinə çatdırmışdır. TDT-nın üzv dövlətlərinin iqtisadi əməkdaşlıq, o cümlədən nəqliyyat və komnikasiya əlaqələrinin inkişaf etdirilməsində strateji əhəmiyyətə malik olduğunu qeyd edən ölkə başçısı, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu, ölkəmizin Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolu oynadığını xüsusilə vurğulamışdır.

Xəzər rayonu, 92 № li tam orta məktəbin müəllimi
Əsədova Əminə

Oxşar Xəbərlər

Back to top button