Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər

Deyə bilərik ki, Milli Elmlər Akademiyası 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında dünyaya mühüm əhəmiyyətli mesajlar verildi. Bu gün Azərbaycan dünyanın qüdrətli dövlətləri sırasına daxil olmaqdadır. Hətta bir çox ölkəyə hərbi təyinatlı məhsul ixrac edirik. Ölkəmizdə pilotsuz uçuş aparatlarının istehsalına başlanılması növbəti uğurlarımızdandir. Artıq bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Bu məhsullar həm xarici bazarlardan tədarük edilir, həm də ölkəmizdə də bir çox növdən ibarət pilotsuz uçuş aparatları istehsal olunur. Prosesin davam etdiriləcəyi qərara alınıb. Çünki müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Dövlətimizin başçısı AMEA-nın 80 illik yubileyindəki çıxışında da vurğuladı ki, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır.
Ölkə başçısı qeyd etdi ki, akademiya ötən illər ərzində Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində ölkənin ictimai-siyasi həyatında müxtəlif hadisələr baş versə də, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib. Bu istiqamətdə çox böyük işlər görülüb. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə akademiyanın fəaliyyəti daha da təkmilləşdirildi, yeni elmi-tədqiqat institutları yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı. Ümummilli Lider hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasət müstəqillik illərində də aparıldı. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdır və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir.
Prezidentin çıxışında Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılmasından və Azərbaycan alimlərini bu işlərə dəvət etməsindən, həmçinin bununla bağlı dövlət strukturlarına da göstəriş verməsindən söhbət açaraq deyib ki, bu, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda böyük sayda iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır. Bizim çox zəngin təbii resurslarımız var – qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcəkdir. Bu işdə AMEA-nın rolu danılmazdır və yeni gənc alimlərimizin yetişdirilməsinə, zəngin sanballı kitabların nəşrinə, ən əsası isə Ana dilimizin qorunmasına böyük ehtiyac vardır.
Vüsalə Rəsulova,
Xəzər rayonu, 149 №li tam orta məktəbin direktor müavini



