GündəmMaraqlıMədəniyyət

Azərbaycan Dövlət Akademik Musiqili Teatrda “3 dekabr Beynəlxalq Əlilliyi olan şəxslər günü”nə həsr olunmuş “Bir Səhnə, Min Rəng” bədii yaradıcılıq festivalı keçirilib

“Bir Səhnə, Min Rəng” bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, AHİK-ə üzv olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi tərəfdaşlığı ilə, “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, UNEC İnkluziv Təhsil Mərkəzinin ,UNEC Yaradıcılıq Mərkəzinin,UNEC Dizayn Məktəbinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəznində Humanitar Kollecin təşkilati dəstəyi, Sirab, N-Advert,Moon Group, Kartpak ,1000 bərəkət Halal Nemət ,Arter, Elegant Media şirkətlərinin tərəfdaşlığı ilə keçirilmişdir. ilə” Bir səhnə Min rəng “adlı Bədii yaradıcılıq festivalı tərəfdaşlığı əsasında baş tutub.

Reportyorinfo.az xəbər verir ki, festival şəhidlərin əziz xatirəsinin yad edilməsi, Azərbaycan Dövlət Pedoqoji Universitetinin xor kollektivinin ifası, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin şagirdlərinin işarət dilinin müşayiəti ilə Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Bir Səhnə, Min Rəng” bədii yaradıcılıq festivalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları-Nigar Məmmədova və Vüqar İskəndərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini – Mirzə Cəfərzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  tələbələrlə iş üzrə prorektoru dosent.Səadət Qəndilova, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev,Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev,Ali Təhsil Müəssisələrinin THİK sədrləri və bir çox idarə,müəssilərdən şöbə müdirləri,əməkdaşları  iştirak etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  tələbələrlə iş üzrə prorektoru dosent.Səadət Qəndilova UNEC-də inklüziv təhsilin inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin keyfiyyətli təhsillə təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, bildirib ki, həmin məqsədlə universitetdə İnklüziv Təhsil Mərkəzi yaradılıb: “Universitetimizdə sağlamlıq imkanları məhdud olan tələbələrə xüsusi diqqət və qayğı göstərilir. Hətta Mərkəzin nəzdində “İnklüziv Təhsilə Dəstək” adlı tələbə təşkilatı da yaradılıb.

Təcrübə göstərir ki, fiziki məhdudiyyətli insanların gücü heç də az deyil, onların iradəsi istedad və inamla birləşdikdə ortaya daha gözəl mənzərə çıxır”.

Öz çıxışında bədii yaradıcılıq festivalı haqqında məlumat verən “Biz Bir Ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri,UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə festivalın əlilliyi olan şəxslər arasında müxtəlif nominasiyalar üzrə keçirildiyini diqqətə çatdırıb: “Müsabiqədə münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yüksək bal toplayan əlilliyi olan şəxslər festivalda çıxış etmək imkanı qazanıblar. Biz həmin çıxışları birləşdirib yekun konsert halına gətirmişik. Üç aydır onlar sərasər məşq edirlər. Tədbirin keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, bacarıqlarının geniş auditoriyaya təqdim olunmasıdır”.

Bu festivalın təşkil olunmasının əsas məqsədi fiziki məhdudiyyətlərin heç vaxt istedad və yaradıcılıq üçün maneə olmadığını bir daha sübut etməkdir.
Bu səhnədə hər rəng bir insan hekayəsini, hər ifa bir ümid səsini əks etdirdi. Hər ifa bizə göstərdi ki, istedadın sərhədi yoxdur. Hər bir iştirakçımız səhnəmizə öz rəngini gətirdi– “Bir Səhnə, Min Rəng” məhz budur!

Festival çərçivəsində, həmçinin əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-yarmarka da keçirilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib, əlilliyi olan şəxslər öz istedadlarını nümayiş etdiriblər. Sonda festival iştirakçıları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Oxşar Xəbərlər

Back to top button