AnalitikaGündəmSiyasət

Uzunmüddətli münaqişəyə baxmayaraq, sülh mümkündür

Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi hələ Sovetin yarandığı ilk illərdən başlamışdır. İkinci Qarabağ münaqişəsindən sonra imzalanan müqavilə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdir. Praqa bəyanatı ilə Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımışdır.

Həmçinin, sonrakı illərdə Qazax rayonunun Ermənistan işğalındakı 4 kəndi Azərbaycana təhvil verilmişdir.

Ötən ilin yayında ABŞ-ın köməkliyi ilə Azərbaycan və Ermənistan arasında, Vaşinqtonda sülh memorandumu imzalanmışdır. Sənədə görə, Azərbaycan və Ermənistan Minsk qrupunun fəaliyyətini dayandırması üçün birlikdə müraciət edir, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılması üçün əməkdaşlıq başladılır. Beləliklə, Azərbaycan Naxçıvanla maneəsiz bağlantı əldə edəcək. Bundan başqa ABŞ prezidenti Azərbaycana birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı olan 907-ci düzəlişin dayandırılması ilə bağlı qərar vermişdir.

Bundan başqa, bəyanatda Azərbaycan tərəfi Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyindən çıxarılmasına razılıq vermişdir. Bu məsələnin sonrakı mərhələdə həll edilməsi nəzərdə tutulur. Azərbaycan–Ermənistan sülh müqaviləsi üzrə razılaşdırılan məsələlər beynəlxalq məhkəmələrdə Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddialarından vaz keçməsi və sərhəddə üçüncü tərəflərə aid qüvvələrin ləğv edilməsidir. Razılaşdırılmamış məsələlər isə Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinadın çıxarılmasıdır. Çünki Ermənistan müstəqillik aktında Ermənistan dövlətinin Dağlıq Qarabağla birləşməsi haqqında müddəa var.

Azərbaycan və Ermənistan arasında mümkün sülh münaqişənin bitdiyi dövrdə regionun gələcəyini müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Uzun illər davam etmiş qarşıdurma yalnız iki dövlət arasında münasibətləri zədələməmiş, həm də Cənubi Qafqazın ümumi inkişaf imkanlarını məhdudlaşdırıb. Bu baxımdan sülhün həyata keçməsi təkcə siyasi razılaşma deyil, eyni zamanda dərin sosial, iqtisadi və psixoloji hazırlıq tələb edən ümumi bir məsələdir. Məhz bu xüsusiyyətlərinə görə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar yerli və beynəlxalq səviyyədə diqqətlə izlənilən bir nümunə ola bilər.
Münaqişənin uzunmüddətli xarakter almasının əsas səbəblərindən biri kompromisə hazır olmama və qarşılıqlı etimadın olmaması idi. Amma yeni mərhələdə sülh nümunəsi məhz bu yanaşmaların dəyişdirilməsinə əsaslanır. Müasir beynəlxalq münasibətlər sistemi göstərir ki, yalnız razılaşmalar, hüquqi mexanizmlər və əməkdaşlıq modelləri uzunömürlü sabitlik yarada bilər. Azərbaycan və Ermənistan arasında sülh də bu kontekstdə praqmatik yanaşmanın məhsulu kimi dəyərləndirilə bilir.
Bütün siyasi amilləri nəzəzra alaraq, Prezident İlham Əliyev bir neçə gün öncə Əbu Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatının” təqdimolunma mərasimində bildirmişdir ki, hər iki tərəfin güclü iradə və səyi, dost ölkələr və beynəlxalq ictimaiyyətin dəstəyi ilə sülh mümkündür.
Sülhün bərqərar olunması mürəkkəb və uzunmüddətli olsa da, onun uğurla davam etdirilməsi Cənubi Qafqazın münaqişələr deyil, əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulan bir regiona çevrilə biləcəyini göstərir. Bu baxımdan, sözügedən sülh nümunəsi təkcə regional deyil, daha geniş miqyasda dəyərli təcrübə kimi qiymətləndirilə bilər.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Oxşar Xəbərlər

Back to top button