MaraqlıSosial
Trend

YAP Nizami rayon təşkilatının gənclərlə bağlı növbəti layihəsi Qubada baş tutdu

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Gənclərin siyasət və analitika mərkəzi” siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili və “Gənc liderlər Məktəbi” layihələrinin növbəti təlimləri Quba rayonunda keçirilib.

Reportyorinfo.az xəbər verir ki, təlim iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Sonra müasir geosiyasi proseslər, siyasi-ideoloji və informasiya müharibələri, gənclərin əsas hüquq və vəzifələri barədə təlim keçirilib.

Təlimdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq elmləri doktoru, professor Əfsər Sadıqov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, müxtəlif illərdə BMT, NATO, AŞPA, ATƏT kimi beynəlxalq təşkilatlarda siyasi ekspert, media analitiki kimi çalışmış Yeganə Hacıyeva və başqaları mövzu ilə bağlı çıxışlar ediblər.

Sonda gənclərin sualları cavablandırılıb.

Oxşar Xəbərlər

Back to top button