İdman

Fransa millisində ciddi itki: “Liverpul”un hücumçusu dünya çempionatını buraxacaq

Dünya çempionatında iştirak edəcək Fransa millisi ciddi itki ilə üzləşib.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, “Liverpul”da çıxış edən fransalı hücumçu Uqo Ekitike ciddi zədə alıb. UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununda (0:2) 23 yaşlı futbolçunun axill vətəri qopub. Bununla da o, dünya çempionatına yollanmaq şansını itirib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 48 komandanın iştirakı ilə keçiriləcək. Fransa millisi mundialın qrup mərhələsində Seneqal, İraq və Norveçlə qarşılaşacaq.

Oxşar Xəbərlər

Back to top button