İdmanMaraqlıSosial

Nizami rayonunda məktəblilər arasında futbol turnirinin təntənəli mərasimi baş tutub

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bu futbol turnirinin açılışında iştirak etmək mənim üçün böyük şərəfdir.

Bu idman bayramında həmkarlarım və dostlarımla bir arada olmaq xüsusilə xoş idi. Futbol tariximizin əfsanəsi, İspaniya ‘La Liqa’sının veteranı Vəli Qasımov və “Qarabağ”ın, eləcə də milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə ilə birlikdə gənc nəslin oyununu böyük maraqla izlədik. Azərbaycan futbolunda nəsillər arası bağlılıq çox önəmlidir: veteranlardan bu gün ölkəmizin şərəfini beynəlxalq arenada qoruyanlara, onlardan isə yolun hələ başında olan bu uşaqlara ötürülən təcrübə gələcəyimizin təminatıdır.

24 məktəb komandasının oyunçularına baxarkən onlarda vaxtilə bizi də uğura aparan o eyni həvəsi və əzmi gördüm. Amma 229 nömrəli tam orta məktəbin şagirdlərinə görə xüsusilə qürur duyuram. Bu məktəb qardaşım, Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyır və onların bu turnirdəki qələbəsi mənim üçün çox şəxsi və sevindirici bir hadisə oldu.

Təşkilatçılığa görə Nizami Rayon İcra Hakimiyyətinə və Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatına təşəkkürümü bildirirəm. Qalib gələn 229 nömrəli məktəbi, həmçinin mükafatçılar olan 242 və 272 nömrəli məktəbləri təbrik edirəm. Uşaqlar, məşqçilərinizə qulaq asın, öz üzərinizdə çalışın və Vəli ilə Bəhlulun nümunəsində olduğu kimi, bilin ki, qarşınızda dünyanın bütün stadionları açıq olacaq!”

Oxşar Xəbərlər

Back to top button