
2026-cı il aprelin 22-də Cənab İlham Əliyev ilə Edqars Rinkeviçs arasında Bakıda baş tutan görüş və bunun ardınca mətbuata verilən birgə bəyanat Azərbaycan ilə Latviya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi yadda qaldı və bu səfər təkcə diplomatik nəzakət çərçivəsində deyil, eyni zamanda iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıdı, belə ki, Azərbaycan son illər ərzində regionda artan geosiyasi rolunu daha da gücləndirərək Avropa ilə Asiya arasında körpü funksiyasını möhkəmləndirmiş, xüsusilə enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir və bu kontekstdə Latviya Prezidentinin Bakıya səfəri qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır, Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etmişdir ki, Azərbaycan ilə Latviya arasında mövcud olan siyasi dialoq yüksək səviyyədədir və tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, bu isə iki ölkə arasında qarşılıqlı etimad mühitinin formalaşdığını və münasibətlərin sabit əsaslara söykəndiyini göstərir, eyni zamanda Prezident vurğulamışdır ki, iqtisadi əməkdaşlıq sahəsində də böyük potensial mövcuddur və bu potensialın reallaşdırılması üçün konkret addımlar atılmalıdır, xüsusilə investisiya qoyuluşu, ticarət dövriyyəsinin artırılması və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilmişdir, Latviya Prezidenti Edqars Rinkeviçs isə öz növbəsində Azərbaycanın regionda mühüm tərəfdaş olduğunu qeyd edərək ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirmiş və enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır, məlumdur ki, Avropa ölkələri üçün enerji təhlükəsizliyi məsələsi son illərdə daha da актуallaşmışdır və bu baxımdan Azərbaycan qazının Avropaya nəqli strateji əhəmiyyət kəsb edir, bu kontekstdə Cənub Qaz Dəhlizi kimi iri layihələrin rolu xüsusi qeyd olunmuşdur, hansı ki, bu layihə Avropa bazarlarının enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır və Azərbaycanın etibarlı enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirir, görüş zamanı tərəflər həmçinin nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə də toxunmuş, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin əhəmiyyətini vurğulamışlar, bu dəhliz Avropa ilə Asiya arasında yükdaşımaların daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaradır və Latviya kimi Baltik regionu ölkələri üçün də yeni iqtisadi imkanlar açır, mətbuata verilən bəyanatda humanitar sahədə əməkdaşlıq məsələləri də diqqətdən kənarda qalmamış, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd edilmişdir, belə ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün bu sahələrin rolu danılmazdır və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır, eyni zamanda tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini də müzakirə etmiş, xüsusilə regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulamışlar, Prezident İlham Əliyev Azərbaycanın bölgədə sülh gündəliyinə sadiq olduğunu və beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin tərəfdarı olduğunu qeyd etmişdir, Latviya Prezidenti isə ölkəsinin bu mövqeyi dəstəklədiyini bildirmişdir, bu isə göstərir ki, iki ölkə arasında təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik sahələrində ortaq baxışlar mövcuddur, ümumilikdə bu səfər və mətbuata verilən bəyanat bir daha sübut etdi ki, Azərbaycan ilə Latviya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və tərəflər bu əməkdaşlığı daha da dərinləşdirməkdə qərarlıdır, bu isə gələcəkdə yeni layihələrin həyata keçirilməsi, iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş perspektivlər açır və nəticə etibarilə bu səfər həm Azərbaycan, həm də Latviya üçün mühüm siyasi və iqtisadi əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirilə bilər, çünki bu cür yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin inkişafına təkan verir və beynəlxalq əməkdaşlıq mühitinin daha da güclənməsinə xidmət edir.
Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



