AnalitikaGündəmSiyasət

Azərbaycan–Çexiya əlaqələri yeni mərhələdə inkişaf edir

2026-cı il aprelin 27-də İlham Əliyev ilə Andrey Babişarasında keçirilən görüş sonrasında mətbuata verilənbəyanat AzərbaycanÇexiya münasibətlərinin yenimərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu səfəriki ölkə arasında siyasi dialoqun intensivləşdiyini, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün konkretaddımların planlaşdırıldığını enerji sahəsində stratejitərəfdaşlığın daha da möhkəmləndiyini göstərir.

Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, tərəflər arasında ilk görüş olmasına baxmayaraq, müzakirələr olduqca məhsuldar keçib. Bu fakt iki ölkərəhbərləri arasında qarşılıqlı anlaşmanın yüksəksəviyyədə olduğunu göstərir. Görüş zamanı həmregional, həm qlobal məsələlər ətrafında fikirmübadiləsinin aparılması tərəfdaşlığın yalnız ikitərəfliçərçivə ilə məhdudlaşmadığını, daha geniş siyasikontekstdə inkişaf etdiyini sübut edir. Prezidentinsözlərinə görə, hazırda Azərbaycan ilə Çexiya arasındaçox fəal siyasi dialoq mövcuddur ki, bu da gələcəkəməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Səfərin mühüm məqamlarından biri iqtisadiəməkdaşlıq perspektivlərinin geniş müzakirəolunmasıdır. Çexiyadan böyük adamları heyətininAzərbaycana gəlməsi bu istiqamətdə real marağıngöstəricisidir. Keçiriləcək biznes forum yeni əlaqələrinqurulmasına mövcud layihələrin dərinləşdirilməsinəxidmət edir. Prezident İlham Əliyev qeyd etdi ki, ticarət dövriyyəsi artıq 800 milyon dollardan çoxdur bu, müsbət dinamikanın göstəricisidir. Lakin o, eynizamanda ticarətin strukturunda balansın vacibliyinivurğuladı. Hazırda dövriyyədə əsas pay Azərbaycanneftinin ixracına məxsusdur tərəflər dahaşaxələndirilmiş iqtisadi münasibətlərin qurulmasınaçalışırlar.

Energetika sahəsi AzərbaycanÇexiya əməkdaşlığınınəsas sütunlarından biri olaraq qalır. Azərbaycan uzunillərdir ki, Çexiya üçün etibarlı enerji təchizatçısı kimiçıxış edir. Azərbaycan nefti Çexiyanın enerjibalansında mühüm rol oynayır bu, qarşılıqlıetimadın göstəricisidir. Prezident İlham ƏliyevAzərbaycanın beynəlxalq enerji bazarında etibarlıtərəfdaş kimi tanındığını xüsusi qeyd etdi. Bu mövqeyalnız ikitərəfli münasibətlərlə deyil, həm Avropaİttifaqı ilə əməkdaşlıq çərçivəsində formalaşıb.

Qaz ixracı məsələsi müzakirələrin əsasmövzularından biri olub. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir onların 10-u Avropa İttifaqınınüzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerjitəhlükəsizliyində artan rolunu göstərir. Çexiyaya qonşuölkələrə qaz ixracı isə regionda enerji inteqrasiyasınıdaha da gücləndirir. Görüş zamanı bu sahədəəməkdaşlığın genişləndirilməsi barədə razılıq əldəolunması tərəflərin uzunmüddətli strateji yanaşmayaüstünlük verdiyini göstərir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, enerjiəməkdaşlığı yalnız ticarət əməliyyatları iləməhdudlaşmayacaq. Əksinə, bu sahədə əlaqələr dahagenişmiqyaslı uzunmüddətli perspektivdə inkişafetdiriləcək. Bu yanaşma iki ölkə arasındamünasibətlərin strateji xarakter aldığını təsdiqləyir.

Ümumilikdə, Çexiya Baş nazirinin Azərbaycana səfəri keçirilən görüşlər iki ölkə arasında əlaqələrinkeyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Siyasidialoqun fəallaşması, iqtisadi əməkdaşlığınşaxələndirilməsi enerji sahəsində tərəfdaşlığıngücləndirilməsi gələcək üçün mühüm perspektivlər vədedir. Bu səfər həm Azərbaycanın Avropa iləəlaqələrinin daha da dərinləşdiyini ölkəninbeynəlxalq arenada artan rolunu bir daha nümayişetdirdi.

 Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button