İdmanMaraqlıSosial
Trend

Nizami Rayonunda Böyük Ruh Yüksəkliyi: Ümummilli Liderin Xatirəsi İdman Yarışlarında Yaşayır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan idman və intellektual yarışlar Nizami rayonunda böyük ruh yüksəkliyi ilə davam edir. İndiyə qədər keçirilən 8 idman növü üzrə 28 təhsil müəssisəsinin iştirakı ilə keçirilən bu yarışlar gənclərin həm bacarığını, həm də əzmini ortaya qoyub.

Aktualinfo Media Qrup xəbər verir ki,Bu günə qədər 3 yarışın qalibi 229 saylı tam orta məktəb, 3 yarışın isə qalibi Kimya-biologiya təmayüllü lisey olub. Hər iki komanda arasında olan sağlam rəqabət və səmimi idman dostluğu isə ayrı bir gözəllik yaradır.

Mənim üçün isə təhsil aldığım, həyat yolumun formalaşmasında xüsusi rolu olan 229 saylı tam orta məktəb hər zaman doğma və əzizdir. Kimya-biologiya təmayüllü liseyi də ilk gündən izlədiyim, azerkeşlik etdiyim, uğurlarına ürəkdən sevindiyim bir komanda olub.

Hələ qarşıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan bir çox yarışlar və müsabiqələr qalıb. Arzum budur ki, bu gözəl ruh, bu idman dostluğu və bu qalibiyyət əzmi sonadək davam etsin!

Oxşar Xəbərlər

Back to top button