
Qarabağ Müharibəsi Qazisi, ehtiyatda olan polkovnik Akif Qasımov
2026-cı il mayın 10-da İstanbul şəhərində Iğdır Dərnəkləri Federasiyası sədri Sn. İzzət Kaya bəyin dəvəti ilə keçirilən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü böyük ehtiramla qeyd olundu. Tədbirin Show TV tərəfindən işıqlandırılması proqramın daha geniş auditoriyaya çatmasına imkan yaratdı.
Türk dünyasının birliyi və həmrəyliyi naminə misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin qardaş Türkiyədə yad olunması Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirdi. Belə tədbirlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və türk dünyasının birliyinə verilən önəmin parlaq təzahürüdür.
Qarabağ Vətən Müharibəsi qaziləri adından Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü dərin hörmət, ehtiram və minnətdarlıq hissi ilə anırıq.
Eyni zamanda, göstərilən yüksək qonaqpərvərlik və diqqətə görə başda İzzət Kaya olmaqla, ASİMDER Marmara başqanı Ali Gülbəya Azərbaycan Qarabağ Müharibəsi qaziləri adından təşəkkürümüzü bildiririk.
🇦🇿 🇹🇷 🤝





