AnalitikaGündəmSiyasət

Azərbaycan paytaxtı tədricən yeni beynəlxalq standartların hazırlandığı və qlobal platformalar üçün effektiv və tətbiq olunan təcrübələr kimi qəbul edilməyə başladığı bir məkana çevrilir

Ölkəmiz tarixən Şərqlə Qərbin qovuşduğu məkan olmuşdur, bu xüsusiyyət yalnız siyasi və mədəni sahədə deyil, həm də memarlıq nümunələrində əks olunur. Bakının qədim İçərişəhəri ilə müasir şəhər infrastrukturu arasında formalaşan harmonik vəhdət tarixi irsin qorunması ilə modern şəhərsalma siyasətinin uğurlu sintezidir. Vaxtilə üç kilometrlik əraziyə malik olan Bakı bulvarının bu gün 15 kilometrdən artıq sahəni əhatə etməsi paytaxtın müasir inkişaf konsepsiyasının bariz nümunəsidir. Şəhərsalma artıq yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır. Bu sahə insanların rifahı, rahat yaşayışı, ekoloji tarazlıq və mədəni irsin qorunması kimi mühüm məsələləri özündə birləşdirən kompleks inkişaf konsepsiyasına çevrilib. Forumun Bakıda keçirilməsi də məhz bu yanaşmanın beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda keçirilən Ümumdünya Şəhər Forumu (WUF13) artıq Birləşmiş Millətlər Təşkilatı sistemində siyasi və strateji cəhətdən qlobal əhəmiyyətli bir tədbir kimi qəbul edilir. Əslində, bu gün Bakı 21-ci əsrin iki əsas qlobal gündəliyinin – iqlim və şəhər inkişafı – birləşdiyi bir platformaya çevrilir. COP29-a uğurla ev sahibliyi etdikdən sonra Azərbaycan iqlim dəyişikliyinə davamlılıq, şəhər transformasiyası, infrastrukturun inkişafı və davamlı planlaşdırma arasında strateji əlaqə yaradan Ümumdünya Şəhər Forumuna ev sahibliyi edir. Və bu, artıq sadəcə beynəlxalq imic məsələsi deyil. Azərbaycanın yeni siyasi və institusional statusunun formalaşdırır. gedir. Belə ki, cəmi bir neçə il əvvəl bir çox beynəlxalq təşkilatlar Cənubi Qafqaza əsasən münaqişə, qeyri-sabitlik və geosiyasi rəqabət prizmasından baxırdılar. Bu gün vəziyyət dəyişir. Azərbaycan getdikcə özünü təkcə sabitliyi təmin etmək deyil, həm də dünyaya öz inkişaf modellərini, xüsusi ilə, münaqişədən sonrakı yenidənqurma, şəhərsalma və davamlı infrastruktur siyasəti sahələrində təklif etmək iqtidarında olan bir dövlət kimi təqdim edir. Bu təcrübə getdikcə beynəlxalq təşkilatların marağını cəlb edir və Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə dediyi kimi, Azərbaycan bunu bölüşməyə hazırdır: bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”. Azərbaycanın unikal təcrübəsi var. Bu, sadəcə bərpa deyil; əsl transformasiyadır. Tarixi irsin, müasir texnologiyanın və strateji düşüncənin birləşməsinə əsaslanan transformasiya. Nəzərdə tutalan planlar tam şəkildə həyata keçirildikdə, Qarabağ iqtisadi bölgəsi həqiqətən Cənubi Qafqazın “incisi”nə – mədəniyyətin, innovasiyanın və davamlı inkişafın ahəngdar şəkildə qarışdığı bir məkana çevrilə bilər. Bu halda, Azərbaycanın təcrübəsi təkcə milli qürur mənbəyi deyil, həm də münaqişədən sonrakı yenidənqurma və modernləşmə çətinlikləri ilə üzləşən digər ölkələr üçün vacib bir etalona çevrilir. Əsas dönüş nöqtəsi 2020-ci ildəki 44 günlük Vətən müharibəsindəki qələbə oldu və bu, regiondakı geosiyasi reallığı dəyişdirdi. Lakin, bu qələbənin sonradan Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına və uzunmüddətli inkişaf strategiyasına çevrilməsi də eyni dərəcədə vacibdir. Azərbaycan layihənin sürətli və dəqiq icrasını nümayiş etdirdi. Bu, siyasi konsolidasiya, maliyyə resursları və institusional effektivliyin kombinasiyası sayəsində mümkün oldu.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

 

Oxşar Xəbərlər

Back to top button