AnalitikaGündəmOrdu

Silahlı Qüvvələr Günü – tarix, zəfər və gələcəyə inamın simvoludur

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü dövlətçiliktariximizdə yalnız bir bayram deyil, həm də müstəqildövlətimizin suverenliyini, ərazi bütövlüyünü və gələcəyinitəmin edən güclü ordunun, xalq-ordu birliyinin, Ali BaşKomandanın müdrik və uzaqgörən rəhbərliyinin təntənəsidir. Bugün Azərbaycan Ordusu təkcə Cənubi Qafqaz regionunun deyil, ümumilikdə Avrasiya coğrafiyasının ən çevik, modern vəeffektiv hərbi qüvvələrindən biri kimi tanınır. Bu mövqeyəçatmaq üçün isə uzun, zəhmətli və şərəfli bir yol qət olunub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yenidövlətçiliyin əsas dayaqlarından biri olan milli ordu quruculuğuqarşıya mühüm vəzifə kimi qoyuldu. 1991-ci ildən etibarənformalaşmağa başlayan Azərbaycan Silahlı Qüvvələri ilkmərhələdə ciddi çətinliklərlə üz-üzə qaldı: siyasi qeyri-sabitlik, maddi-texniki bazanın zəifliyi, hüquqi çərçivənin olmaması, koordinasiyanın zəifliyi və müharibə şəraitində davam edənhərbi əməliyyatlar ordunun formalaşma prosesinə mane olurdu. Bu çətinliklər qarşısında Azərbaycan 1990-cı illərin ortalarındatarixi bir dönüş nöqtəsi yaşadı. Xalqın tələbi ilə yenidənhakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi iləAzərbaycan dövlətçiliyində olduğu kimi, ordu quruculuğunda daciddi və sistemli islahatlara start verildi. Ulu Öndər HeydərƏliyev hələ SSRİ dövründə Azərbaycanın hərbi potensialınınformalaşmasına xüsusi önəm verirdi. Onun təşəbbüsü iləazərbaycanlı gənclər SSRİ-nin qabaqcıl hərbi məktəblərinəgöndərilir, milli zabit korpusu formalaşırdı. Müstəqillikdövründə isə bu potensial ordu quruculuğunun təməl daşınaçevrildi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətiningenişləndirilməsi, hərbi təhsil sisteminin əsaslarının yaradılması, əsgər və zabit heyətinin mənəvi-psixoloji hazırlığının artırılmasıbu dövrün əsas istiqamətlərindən biri oldu. 1998-ci il 22 maytarixində imzalanan fərmanla 26 iyun Silahlı Qüvvələr Günükimi təsis edildi və bu, müstəqil ordunun rəsmi təqviminə dövlətsəviyyəsində daxil edildi.

Ulu Öndərin strateji xətti Prezident İlham Əliyev tərəfindənsistemli şəkildə davam etdirildi və inkişaf etdirildi. XXI əsrintələblərinə uyğun olaraq Azərbaycan Ordusunun texnoloji vətaktiki modernləşməsi həyata keçirildi. Bu dövrdə: SilahlıQüvvələrin büdcəsi hər il artırıldı, yerli hərbi sənaye quruldu vəinkişaf etdirildi, pilotsuz uçuş aparatları, raket sistemləri vədigər müasir texnikalarla ordumuz təchiz olundu, NATO iləəməkdaşlıq çərçivəsində birgə təlimlər keçirildi, sosial məsələlər– hərbçilərin mənzil, maaş və tibbi təminatı yüksək səviyyəyəçatdırıldı. Bu islahatlar nəticəsində Azərbaycan Ordusudünyanın ilk 50 güclü ordusu siyahısında yer aldı. Hərbi elitanınvə zabit korpusunun peşəkarlığı dünya miqyasında tanındı. Azərbaycan Ordusunun müasir səviyyəsi 2020-ci ildə başlayanvə 44 gün davam edən Vətən müharibəsində tam şəkildə özünügöstərdi. Ermənistanın təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatları Müzəffər Ali Baş Komandan İlhamƏliyevin qətiyyəti, strateji planlaması və xalqın sarsılmaz birliyiilə qələbə ilə başa çatdı. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və300-dən çox kənd işğaldan azad olundu. Şuşa şəhərinin azadedilməsi Azərbaycan xalqının iradəsinin, ordusunun qüdrətininvə şəhidlərimizin fədakarlığının simvoluna çevrildi. Noyabrın10-da Ermənistan kapitulyasiya aktına imza atmağa məcburedildi. Müharibə zamanı istifadə olunan hibrid döyüş taktikaları– PUA-larla zərbə endirmə, süni intellektlə idarə olunan döyüşsistemləri, hərbi planların çevik icrası – beynəlxalq hərbiakademiyalar tərəfindən dərs vəsaitlərinə salındı. ABŞ, BöyükBritaniya, Türkiyə və digər ölkələrin hərbi mütəxəssisləriAzərbaycanın bu taktikasını “müharibə modelində inqilab” adlandırdılar. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterrortədbirləri nəticəsində Qarabağda qalan erməni silahlıbirləşmələri tam zərərsizləşdirildi və separatçılığa son qoyuldu. Azərbaycanın konstitusion quruluşu bütün ərazilərdə bərpaedildi. Bu, postmüharibə mərhələsində Azərbaycan Ordusununhəm daxili sabitliyi təmin etmək, həm də yeni reallıqlarauyğunlaşmaq qabiliyyətini nümayiş etdirdi. Eyni zamanda, kibertəhlükəsizlik, süni intellekt və hərbi texnologiyalar sahəsindəstrateji baxışlı addımlar atıldı. Yeni hərbi bazaların yaradılması, müdafiə sənayesinin genişləndirilməsi və gənc hərbi kadrlarınhazırlanması ordunun davamlı inkişafını təmin edir. Vətənmüharibəsində xalq, dövlət və ordu misilsiz bir birlik nümayişetdirdi. “Dəmir yumruq” əməliyyatı sadəcə hərbi güc deyil, həmdə milli birliyin təcəssümü idi. Bu gün də bu ruh yaşayır: azadedilən torpaqlara Böyük Qayıdış çərçivəsində yüzlərlə ailəqayıdır, təhlükəsizlik təmin olunur, ordu isə öz peşəkarfəaliyyəti ilə sabitliyə zəmanət verir. Azərbaycan Prezidentiİlham Əliyevin sözləri bu birliyi mükəmməl ifadə edir: “Yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu AzərbaycanOrdusudur.” Azərbaycan Milli Ordusunun inkişafı sadəcə birsilahlı qüvvənin təkmilləşdirilməsi deyil, həm də xalqımızıniradəsinin, milli kimliyimizin və müstəqillik əzminin ifadəsidir. 26 iyun – Silahlı Qüvvələr Günü bu möhtəşəm irsin təntənəsidir.

Aida Əliyeva ,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button