
Xalq üçün önəmli olan məqamlar var ki , həmin gündə onungələcəyini müəyyən edən mühüm başlanğıcların əsası qoyulur. Azərbaycan xalqının tarixində belə bir məqamlardan ənönəmlisi tariximizə qızıl hərflərlə yazılmış 26 iyun – SilahlıQüvvələr günüdür.
Ordu xalqın və dövlətin ən əsas dayaq yeridir.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığıonun adı altında Azərbaycan xalqının birləşməsinə rəvac verdi. Artıq xalq Heydər bütövlüyü şəklində vahid bir cəbhədəbirləşmiş, Azərbaycanın parlaq gələcəyinin əsasını qoymuşdur.
Hər bir azərbaycanlı xalqın nicatını – özünün nicatını HeydərƏliyev cənablarının hakimiyyətə qayıdışında gördü. Uluöndərimizin yenilməz siyasəti nəticəsində Azərbaycan sürətləinkişafa qədəm qoydu. Dünya xəritəsindən silinmək qorxusuolan Azərbaycan yenidən parlamağa başladı. Ulu öndərimizinuzaqgörənliyi, orduya xüsusi qayğısı və diqqəti sayəsindəordumuz gücləndi və nizamlı , qüvvətli , təchizatlı ordu yarandı.
Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev ordumuzadiqqət etməklə sanki dövlətimizin dirçəlməsinə gətirib çıxardı. Misilsiz insani keyfiyyətləri ilə zəmanəmizin əbədiyaşardahisinə çevrilən Ulu öndər Heydər Əliyevin davamçısı İlhamƏliyevin sayəsində bugün Azərbaycan dünyada layiqli yertutmuş və günəş kimi parlayır. Bu gün Azərbaycanda əsası1918-ci il 26 iyunda qoyulmuş Azərbaycan Silahlı qüvvələrgünü kimi qeyd olunur.
Rəşadətli Azərbaycan ordusu 44 günlük vətən savaşında özmətinliyini, döyüşkənliyini və qüdrətini mənfur erməni ordusuüzərində qələbəsi ilə sübut etdi, torpaqlarımızı erməniişğalçilarının əsarətindən azad etdi və bununla da dünya ordularıiçərisində sayılıb seçilən oldu. Nəticədə güclü dünya dövlətləriAzərbaycan dövləti ilə müxtəlif sahələrdə hesablaşmaqməcburiyyətində qaldılar.
Azərbaycan qüdrətli ordusu hesabına Qafqazda liderliyiniartıraraq söz sahibi oldu. Möhtəşəm bir dövlət olduğunu sübutetdi. Düşməni və onun tərəf müqabillərini “10 Noyabr 2020-ci ilsazişi”ni imzalamağa məcbur etdi.
Hal-hazırda da Ali Baş komandan İlham Əliyev cənablarınınrəhbərliyi ilə döyüş qabiliyyətini artıraraq, müstəqildövlətimizin qarantı kimi öndə dayanır. Bəli, bu yenilməzordumuzla Azərbaycan xalqı fəxr edir!
1990-cı illərin siyasi rəhbərliyinin xalqımızın qəlbində açdığıyaralara dövlət başçısı İlham Əliyev məlhəm oldu. Dövlətbaşçısının tarixi Şuşa şəhərimizin işğaldan azad olunmasıxəbərini xalqımıza çatdırarakən müqəddəs ŞəhidlərXiyabanından etdiyi müraciətində səsləndirdiyi “Mən xoşbəxtadamam ki, ata vəsiyyətini yerinə yetirdim” ifadələri hər birazərbaycanlının sonsuz qüruruna səbəb oldu. Bəli, biz xoşbəxtxalqın nümayəndələriyik ki, ulu öndərimiz Heydər Əliyevinvəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandanımız var.
Artıq Ali Baş komandan və güclü ordumuz sayəsindətorpaqlarını geri almış xalqımız böyük qürur və iftixar hissi iləyaşayır və yaşayacaqdır.
Yaşasın müstəqil Azərbaycan ordusu!
Qarabağ Azərbaycandır!
Pərviz Həmzəyev,
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru
Xəzər rayonu



