
Azərbaycan daha bir konvensiyaya qoşulub.
Aktualinfo Media Qrup “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Metrik Konvensiya”ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ratifikasiya edilib.



