AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın çoxşaxəli xarici siyasəti beynəlxalq nüfuzumuzu gücləndirir

Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti son illərdə ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl diplomatik fəaliyyət nəticəsində Azərbaycan dünyanın aparıcı siyasi və iqtisadi mərkəzləri ilə qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlər qurmağa nail olub.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və keçirilən yüksək səviyyəli görüşlər bir daha göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Enerji, ticarət, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir.

Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaş prinsipi əsas yer tutur. Ölkəmiz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və məsuliyyətlə yerinə yetirməklə beynəlxalq aləmdə etimad qazanıb. Bu etimad yeni investisiyaların cəlb olunmasına, iqtisadi əlaqələrin genişlənməsinə və beynəlxalq layihələrin uğurla həyata keçirilməsinə əlverişli şərait yaradır.

Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələri regional əməkdaşlığın inkişafına mühüm töhfə verir. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələri ölkəmizin strateji əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün regionun lider dövləti, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və sülhün tərəfdarı kimi tanınır. Qarşıdakı illərdə də bu uğurlu siyasətin ölkəmizin inkişafına və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi şübhəsizdir.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button