AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın geosiyasi mövqeyi beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır

Azərbaycanın əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti ölkəmizi regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan layihələr nəticəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirən etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə yüksək nüfuz qazanıb.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə enerji, nəqliyyat, ticarət və regional təhlükəsizlik məsələlərinin geniş müzakirə olunması ölkəmizin geosiyasi əhəmiyyətinin artdığını bir daha göstərdi. Bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanaraq yeni inkişaf perspektivləri yaradır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat dəhlizləri, müasir logistika infrastrukturu və enerji layihələri ölkəmizin qlobal iqtisadi əlaqələrdə rolunu daha da gücləndirib. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının inkişafı həm region ölkələri, həm də beynəlxalq tərəfdaşlar üçün geniş imkanlar açır.

Bununla yanaşı, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə səmərəli münasibətlərin qurulmasına şərait yaradır. Qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq modeli ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün təkcə regionun deyil, daha geniş coğrafiyanın strateji əhəmiyyətə malik dövlətlərindən biri kimi tanınır. Bu siyasət ölkəmizin iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verməkdə davam edir.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button