
Türkiyənin “Qalatasaray” klubu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edən hücumçu Con Duranı heyətinə qatır.
Aktualinfo Media Qrup xarici mətbuata istinadən xəbər verir ki, tərəflər 22 yaşlı kolumbiyalı futbolçunun birillik icarəsi ilə bağlı razılıq əldə ediblər.
Razılaşmaya əsasən, “cim-bom” Duranın illik maaşının 4 milyon avroluq hissəsini ödəyəcək, qalan məbləğ isə “Əl-Nəsr” tərəfindən qarşılanacaq.
Bildirilib ki, futbolçu yaxın günlərdə transferi rəsmiləşdirmək üçün İstanbula yollanacaq.
Qeyd edək ki, Con Duran 2025/2026-cı illər mövsümünün birinci yarısını “Fənərbağça”da, ikinci hissəsini isə icarə əsasında Rusiyanın “Zenit” klubunda keçirib.



