
Milli Məclis Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqaviləni təsdiqləyib.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin iyulun 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənəd 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanıb.
Qanun layihəsi bir oxunuşda təsdiqlənib.



