GündəmSosial

YAP Binəqədi rayon təşkilatı tərəfindən “Tərəqqi yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.

10 iyul 2026-cı il tarixində Yeni Azərbaycan PartiyasıBinəqədi rayon təşkilatıAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə ümummilli liderHeydər Əliyevin Azərbaycanda ilk dəfə siyasihakimiyyətə gəlişinə həsr olunmuşTərəqqi yolununbaşlanğıcımövzusunda tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider HeydərƏliyevin Milli Aerokosmik Agentliyinin inzibatibinasındakı abidəsini ziyarət etdilər, önünə güldəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Lider nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Tədbirdə çıxış edən gənc fəal Məhəmməd Qəhrəmanovqeyd etdi ki, “Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər birxalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onlarınyaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycanxalqı da hər zaman müasir müstəqil dövlətimizinmemarı qurucusu, xalqının ölkəsininmüstəqilliyi, inkişafı naminə böyük əvəzedilməzişlər görmüş, bununla bağlı tarixi proseslərə təsirgöstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi iləxatırlayır. Dünya azərbaycanlılarının Lideri HeydərƏliyevin həyatının əsas qayəsi doğma Azərbaycan Azərbaycan xalqı olub. Bütün varlığı ilə elinə-obasınabağlı olan müdrik rəhbər yalnız vətənini, xalqınıfiravan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizəaparıb, mücadilələr verib, hətta həyatını be qurbanverməkdən çəkinməyib.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatınınsədri Vüsar İsmayılov bildirdi ki, 1969-cu il 14 iyulAzərbaycanın tarixində müstəsna əhəmiyyəti olantarixi bir gündür. Çünki həmin tarixdən başlayaraqdahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilərespublikamızın həyatının bütün sahələrində ölkəmizsürətlə inkişaf etməyə başladı. Azərbaycanın üzləşdiyiproblemlər, çətinliklər uğurlu siyasi strategiyanınhəyata keçirilməsi ilə aradan qaldırıldı, respublikasımız xalqımız nicat yoluna qədəm qoydu. Bu tarixAzərbaycanın xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim özmüdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı parlaq salnaməsini yaradıb. Buna görə ÜmummilliLiderimizin xalqa xidmətdə keçmiş parlaq mənalıömrünün hər anı siyasi təqvimimizdə özünəməxsusyerə malikdir. Ümummilli Liderimiz bütün zəngin mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyifaciələrdən, çətinliklərdən xilas etmək üçün misilsizfədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişafməcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Tədbirin sonunda rayon təşkilatının ictimai həyatındafəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltifedildi.

Oxşar Xəbərlər

Back to top button