
Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında mühümhadisə kimi dəyərləndirilir. Şuşada baş tutan görüş iki ölkəarasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və beynəlxalqtəşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin daha dagenişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycanilə Slovakiya arasında münasibətlər dostluq, qarşılıqlı hörmət vəetimada əsaslanır. Dövlət başçısı qeyd etdi ki, son illər ərzindəyüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm siyasi təmaslarəlaqələrin yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. O, ikiölkənin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıqetdiyini və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinəəminliyini ifadə etdi.
Prezident İlham Əliyev çıxışında iqtisadi əməkdaşlıqperspektivlərinə xüsusi diqqət ayıraraq bildirdi ki, enerji sektoruAzərbaycan ilə Slovakiya arasında tərəfdaşlığın əsasistiqamətlərindən biridir. Azərbaycanın Avropanın enerjitəhlükəsizliyinə verdiyi mühüm töhfə, Cənub Qaz Dəhlizivasitəsilə Avropa bazarlarına etibarlı enerji təchizatı və enerjimənbələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilənlayihələr bu əməkdaşlığın əhəmiyyətini daha da artırır. Dövlətbaşçısı bununla yanaşı nəqliyyat, logistika, sənaye, investisiya, innovasiya və digər sahələrdə də geniş əməkdaşlıq imkanlarınınmövcud olduğunu vurğuladı. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu, ölkəmizinmühüm logistika mərkəzinə çevrilməsi və bu imkanlardanAvropa dövlətlərinin, o cümlədən Slovakiyanın faydalanabiləcəyi diqqətə çatdırıldı.
Bəyanatda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilənbərpa və yenidənqurma işlərinə də geniş yer verildi. Prezidentİlham Əliyev qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda müasirşəhər və kəndlər salınır, yollar, tunellər, hava limanları, sosialobyektlər və enerji infrastrukturu sürətlə inşa olunur. Şuşanınqısa müddətdə beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərəçevrilməsi Azərbaycanın həyata keçirdiyi genişmiqyaslıquruculuq siyasətinin uğurlu nəticəsidir. Dövlət başçısıvurğuladı ki, Azərbaycan regionda davamlı sülhün və sabitliyintəmin olunmasını dəstəkləyir, beynəlxalq hüququn norma vəprinsiplərinə əsaslanan əməkdaşlığın tərəfdarıdır və CənubiQafqazda uzunmüddətli inkişaf üçün səylərini davam etdirir.
Prezident İlham Əliyev humanitar əlaqələrin, təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığıngenişləndirilməsinin də vacibliyini qeyd edərək bildirdi ki, xalqlar arasında münasibətlərin möhkəmləndirilməsidövlətlərarası əməkdaşlığın davamlı inkişafına xidmət edir. O, Slovakiya Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasındamünasibətlərin gələcək inkişafına yeni təkan verəcəyini, əldəolunan razılaşmaların siyasi, iqtisadi və humanitar sahələrdəəməkdaşlığın daha da dərinləşməsinə şərait yaradacağınıvurğuladı. Şuşada səsləndirilən bu bəyanat bir daha göstərdi ki, Azərbaycan qarşılıqlı faydalı tərəfdaşlığa, etibarlı əməkdaşlığavə regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təminolunmasına yönəlmiş xarici siyasət kursunu ardıcıl şəkildədavam etdirir.
Aidə Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



