AnalitikaGündəmSiyasət

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycan ilə Slovakiya arasında siyasi iqtisadiəlaqələrin inkişafında Slovakiya Prezidenti PeterPelleqrinin ölkəmizə rəsmi səfəri mühüm əhəmiyyətdaşıyır. İyulun 14-də Şuşada keçirilən yüksək səviyyəligörüş zamanı Prezident İlham Əliyevin səsləndirdiyifikirlər iki dövlət arasında mövcud münasibətlərin carivəziyyətini qiymətləndirməklə yanaşı, gələcəkəməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi. Görüş bir daha göstərdi ki, Azərbaycan beynəlxalqmünasibətlər sistemində etibarlı tərəfdaş kimimövqeyini möhkəmləndirməkdə davam edir xaricisiyasətini qarşılıqlı hörmət, etimad bərabərhüquqluəməkdaşlıq prinsipləri üzərində qurur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənməqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanınbeynəlxalq nüfuzu son illərdə əhəmiyyətli dərəcədəartıb. Müxtəlif ölkələrlə qurulan çoxtərəfli ikitərəfliəlaqələr ölkəmizin etibarlı tərəfdaş kimi qəbulolunduğunu təsdiqləyir. Slovakiya ilə münasibətlərinstrateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məhz buuğurlu diplomatik fəaliyyətin məntiqi nəticəsidir.

Səfərin proqramına Şuşadan başlanılması xüsusi diqqətçəkən məqamlardan biri oldu. Bu addım Azərbaycanınərazi bütövlüyünə dövlət suverenliyinə göstərilənhörmətin ifadəsi olmaqla yanaşı, Qarabağ bölgəsindəformalaşmış yeni geosiyasi reallıqların beynəlxalqsəviyyədə qəbul edildiyini nümayiş etdirdi. Azadlıqdan sonra Şuşada aparılan genişmiqyaslı bərpa quruculuq işləri şəhərin simasını tamamilə dəyişib. Bu gün Şuşa ölkəmizin mədəniyyət mərkəzi olmaqlayanaşı, beynəlxalq əhəmiyyətli siyasi tədbirlərin diplomatik görüşlərin keçirildiyi mühüm platformayaçevrilib.

Görüş zamanı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında siyasi dialoqdinamik şəkildə inkişaf edir dövlət başçılarınınqarşılıqlı səfərləri münasibətlərin yeni mərhələyəqədəm qoyduğunu göstərir. Bu cür intensiv təmaslarölkələr arasında qarşılıqlı etimadı daha damöhkəmləndirir, beynəlxalq təşkilatlar çərçivəsindəəməkdaşlığın genişlənməsinə yeni təşəbbüslərinhəyata keçirilməsinə əlverişli şərait yaradır.

Prezident İlham Əliyev Slovakiyaya əvvəlki rəsmisəfərini xatırladaraq Prezident Peter Pelleqrinitərəfindən göstərilən qonaqpərvərliyə görəminnətdarlığını bildirdi. Bu, iki ölkə arasındamünasibətlərin yalnız rəsmi əməkdaşlıqla deyil, həm qarşılıqlı hörmət səmimi tərəfdaşlıq ruhu iləinkişaf etdiyini göstərən mühüm nüanslardan biridir.

Hazırda Azərbaycan ilə Slovakiya arasında əməkdaşlıqsiyasi münasibətlərlə məhdudlaşmır. Energetika, iqtisadiyyat, nəqliyyat, müdafiə sənayesi, rəqəmsaltransformasiya, innovasiya humanitar sahələrdəhəyata keçirilən birgə fəaliyyət əlaqələrin çoxşaxəlixarakter aldığını nümayiş etdirir. Geniş tərkibdənümayəndə heyətlərinin keçirdiyi görüşlər isəəməkdaşlığın institusional əsaslar üzərindəqurulduğunu əlaqələrin davamlı inkişafına xidmətetdiyini təsdiqləyir.

Azərbaycanın xarici siyasətində əsas prioritetlərdənbiri tərəfdaş ölkələrlə konkret nəticələrə hesablanmışəməkdaşlıq modelinin formalaşdırılmasıdır. Slovakiyailə münasibətlər məhz bu yanaşma əsasında inkişafedir. Siyasi dialoqun yüksək səviyyəsi, iqtisadiəlaqələrin genişlənməsi müxtəlif istiqamətlər üzrəhəyata keçirilən birgə layihələr gələcəkdə stratejitərəfdaşlığın daha da dərinləşəcəyini göstərir. Şuşadakeçirilən bu görüş iki ölkə arasında münasibətlərinyeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayişetdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.

Siyasət Həsənov,
YAP Xəzər rayon
təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button