
Azərbaycan və Slovakiya prezidentlərinin Şuşadakı görüşündə ən diqqətçəkən məqamlardan biri cari ilin oktyabr ayından etibarən iki ölkə arasında birbaşa uçuşların açılması qərarı oldu. Bu addım ölkələrimiz arasında təkcə məsafələri qısaltmır, həm də iqtisadi və turizm əlaqələrini yeni mərhələyə qaldırır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xarici tərəfdaşlarla həmişə konkret işlərə və nəticələrə diqqət yetirir. Uçuşların başlaması işgüzar dairələrin daha sıx əməkdaşlıq etməsinə, qarşılıqlı investisiyaların artmasına və xalqlararası mədəni mübadilənin sürətlənməsinə şərait yaradacaq.
Şuşa bəyanatı sübut edir ki, Azərbaycan-Slovakiya dostluğu sözdə deyil, əməldə özünü göstərir. Təhlükəsizlik və quruculuq sahəsindəki razılaşmalarla paralel olaraq, vətəndaşlarımızın daha sıx təmasda olması bu strateji müttəfiqliyin dayanıqlığını təmin edəcək.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



