AnalitikaDünyaGündəmSiyasət

Media İdarəetməsində İslahat: Media və Yayım Şurası

Media məkanında gedən sürətli qloballaşma və rəqəmsallaşma prosesləri informasiya təhlükəsizliyinin təmin olunmasını və qanunvericiliyin təkmilləşdirilməsini zamanın tələbinə çevirib. Bu çağırışlara cavab olaraq, Azərbaycanda media fəaliyyətinin tənzimlənməsi istiqamətində məqsədyönlü iş aparılır və islahatlar həyata keçirilir.

Yeni inkişaf mərhələsinin göstəricisi kimi, 2026-cı il iyulun 14-də Milli Məclisdə qəbul olunmuş qanun layihəsinə əsasən MEDİA Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Bu layihə müasir dövrdə milli informasiya təhlükəsizliyini təmin etmək üçün media sahəsində daha çevik və kollegial mexanizmə keçid zərurətindən yaranıb.

Bu struktur dəyişikliyi çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silindiyi bir dövrdə mediaya vahid yanaşmanı, jurnalistlərin peşəkarlığının artırılmasını və dezinformasiyanın yayılmasının qətiyyətlə qarşısının alınmasını hədəfləyərək sağlam rəqabət mühitini qoruyacaq.

 Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button