
Sarsılmaz özülə malik olan milli mənəvi dəyərlər sistemimizinönündə gələn Ana dili milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyük milli dəyərimizdir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yadadüşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqınözü də yoxdur. Böyük mütəfəkkirlərdən biri deyirdi ki, bir xalqıyox etmək istəyirsənsə, birinci onun dilini məhv et. Bizim millibirlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlınınvətəndaşlıq borcudur.
SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərinsıxışdırılması prosesi daha da gücləndirildi. Bu şəraitdə ana diliməsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. O vaxtAzərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər HeydərƏliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətləbildirirdi.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali SovetininAzərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasınınlayihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsrolunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu ÖndərHeydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyadavermək təklif olunmuşdur: “Azərbaycan Sovet SosialistRespublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu öndərHeydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixindəqəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksinitapmışdır. Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ənböyük tarixi xidmətlərindən biri Azərbaycan dilinə dövlət dilistatusunun verilməsidir. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşKonstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasınındövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha dagücləndirilmişdir. Ümummilli lider Heydər Əliyev gələcəkmüstəqil dövlətçiliyin milli rəmzlərindən birini dahiyanəlikləqorumuşdu.
Böyük tarixi şəxsiyyət Azərbaycan dilinin inkişafı vəzənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadəedirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğıgöstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarınınartırılması və digər tədbirlər ana dilinin daha da inkişafetdirilməsi məqsədi daşıyırdı.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinəxüsusi önəm yetirən Ulu Öndər Azərbaycan dilinin adınıözümüzə qaytarmışdır.
Ümummilli Lider Heydər Əliyev ana dilimizin tarixi keçmişi iləyanaşı, mövcud durumunu və problemlərini daim diqqətmərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərinhəyata keçirilməsinə dair imza atıb. 2001-ci il iyunun 18-də UluÖndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmindəyaranmış vəziyyəti nəzərə alaraq “Dövlət dilinin tətbiqi işinintəkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. MüstəqilAzərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsnaəhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlıhərtərəfli və geniş məlumatları özündə ehtiva edir. SözügedənFərmanla ulu öndərin rəhbərliyi ilə dil siyasətini uğurlatamamlayacaq Azərbaycan Prezidenti yanında Dövlət DilKomissiyası yaradılmışdır. Ulu öndər Heydər ƏliyevAzərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətindəmüxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçialimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşredilən kitabların tirajlarının artırılması və digər tədbirlər anadilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Ümumilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası vəAzərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdəAzərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasındadövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunuqəbul edilmişdir. Qəbul edilmiş qanuna əsasən AzərbaycanRespublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsiniöz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəniözünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan klassikədəbiyyatını da, müasirləri də böyük sevgilərlə oxumuşdu, oxuyurdu. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onundilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əslməktəbdir və bu məktəbin təcrübəsindən daima istifadəolunacaqdır.#YAP #YeniAzerbaycanPartiyasi #IlhamAliyev



