AnalitikaGündəmSosial

Cəmiyyətdə Hakim Dil: Azərbaycan Dili

Ulu Öndər Heydər Əliyev öz çıxışlarında birmənalı olaraq vurğulayırdı ki, biz dövlət səviyyəsində olduğu kimi, cəmiyyətimizin daxilində də Azərbaycan dilini mütləq hakim dil etməliyik. Dilin inkişafı və cəmiyyətdəki hakim mövqeyi xalqımızın mənəvi birliyinin və müstəqilliyinin ən başlıca qarantıdır.

Bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər məhz bu ali məqsədə – dilimizin cəmiyyətin bütün sahələrində tam bərqərar olmasına xidmət edir. Dövlət proqramlarının icrası, ensiklopediyaların nəşri və dildən istifadənin elektron məkanda genişləndirilməsi bunun əyani sübutudur.

Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur. Avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və dili günü bizə bu fəxarət hissini hər il yenidən yaşadır və dilimizi qorumaq məsuliyyətini xatırladır.

Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button