
Azərbaycan dili türk dilləri qrupuna mənsub olan ən zəngin və bədii dillərdən biridir. Ulu Öndər Heydər Əliyev 1996-cı ildə keçirilən Türk dünyası yazıçılarının qurultayında fəxrlə bildirmişdi ki, biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi ana dilimizdə, bu qədər bədii ifadələrlə dolu olan Azərbaycan dilində ifadə edə bilirik. Dil birliyimiz və türk dövlətləri qrupuna daxil olmağımız isə üzərimizə xüsusi vəzifələr qoyur.
Prezident İlham Əliyev də öz çıxışlarında Azərbaycan dilinin türk dilləri ailəsindəki müstəqil və xüsusi mövqeyini daim vurğulayır. 50 milyondan çox insanın ana dili olan Azərbaycan dilinin müxtəlif dialekt və ləhcələrinin öyrənilməsi, tərcümə və etimoloji lüğətlərinin hazırlanması gündəmdə duran əsas məsələlərdəndir.
Bu zəngin mədəni irsi yaşatmaq üçün Ümummilli Liderin təşəbbüsü ilə avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur. Bu tarix bizə dilimizin gücünü və bütövlüyünü hər zaman xatırladır.
Lalə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı



